29 Sentyabr 2016, 10:13 | Ana Səhifə - Yazılar - Şəhid sayılmayır
Şəhid sayılmayır

Qabil



Şəhid sayılmayır

Gün vuran əsgər,

Şəhid sayılmayır

Don vuran əsgər.

Şəhid sayılmayır –

Qoy hamı bilsin!

Qoy gül balaların

Anası ölsün!

 

Məgər kef-damaqda

Gün vurdu onu?

Məgər qarlı dağda

Don vurdu onu?

Məgər turist idi,

Nəydi bu uşaq, –

İşi dağı-daşı

Boş-boş dolanmaq?!

 

Şəhidlik zirvəsi

Qanlı döyüşdə –

Əlbəttə!

Vətən uğrundakı

Şanlı döyüşdə –

Əlbəttə!

Bəs bərkə, bəs boşa

Salan təlimlər

Çevrilib olmalı

Müdhiş zülümlər?

Dözümün həddi var –

İnsan-insandır;

Həddinsə həddini

Aşmaq yamandır.

 

Əsgər döyüşlərə

Qanadlanmalı, –

Yoxsa gün altında

Bişib yanmalı?..

 

Əsgəri Vətənə

Verir əmanət

Ata-analar.

Vətən də əsgərə

Versin zəmanət,

Versin iqtidar.

Hər zabit cənab

Qoy versin cavab.

 

Əsgərə deməyin:

– Vəfat eylədi! –

Onu gün vuranda,

Don vuranda da –

Öz şəhidliyini

İsbat eylədi.

Başına ildırım

Şaxıyanda da,

Üstünə quzğunlar

Şığıyanda da.

 

Şəhidlik qanunu

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

Adı bir, şəkli min.

Qəhrəmanlığın

Daş-tərəzisimi,

Arşınımı var? –

Deyin! Axı deyin, –

Qəhrəmanlığın?!

 

Şəhid sayılmayır

Hər ölən əsgər,

Şəhidlik meyarı –

Döyüş və səngər.

Səngərə, döyüşə

Gedən yolları

Əsgər tabutları

Bağlayır axı;

Nakam ömürlərin

Nakam baharı

Vallah, ürəkləri

Dağlayır axı.

 

Əsgər çayda batır –

Şəhid sayılmır.

Qasırğada itir –

Şəhid sayılmır.

Əsgər özbaşına

Batmayıb axı,

Əsgər özbaşına

İtməyib axı.

 

Bəs döyüş təlimi

Döyüş deyilmi?

Düşmənin üstünə

Yürüş deyilmi?

Əsgər çimərlikdə

Boğulmayıb ki...

Hərami düzündə,

Murov dağında

Səngərsiz ölməkçin

Doğulmayıb ki...

 

Əndazə verilir

Köçkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna.

– Şəhid oldu! – demir,

– Öldü! – deyirik.

– Tabutu hörmətlə

Gəldi – deyirik.

Gəldi öz evinə,

Öz ünvanına.

Ananın cırılır

Siri-sifəti,

Atanın qolları

Düşür yanına.

Ay ananız ölsün,

Adsız igidlər!

Dad-ləzzət görməyən

Sütülcə əsgər.

 

Hələ də titrəyir

Daşkəsəndəki

Əsgərlər gömülən

Torpağın təki...

Bəlkə lap hələ də

Uşaqlar diri, –

Şəhid sayılmayır

Fəqət heç biri.

Şəhid sayılmayır

Hər ölən əsgər, –

Vətən çağrışına

Hər gələn əsgər.

 

28.07.2002

 

 

 

GÜN O GÜN OLMAYACAQ...

 

Nə qədər ki,

Gic-gic şe`r yazırsan sən,

Qardaşının,

Yoldaşının,

Sirdaşının,

Soydaşının

Ayağının altını

Qazırsan sən,

Gün o gün olmayacaq!

 

Pəhləvan da bizim övlad,

Nə olar, qoy çıxarsın ad, –

Ancaq bu gün

Nə qədər ki,

Döşək üstdə,

Xalça üstdə

Güləşinlə öyünürsən, –

Nə qədər ki,

Ekrandakı

Guya müdrik

Gülməcənlə,

Əslən təlxək hırıltınla,

Gülüşünlə öyünürsən –

Gün o gün olmayacaq!

 

Nə qədər ki,

Erməninin qarasınca

Qarı kimi deyinirsən,

Nə qədər ki,

Lap xırda bir toplantıda coşub-daşır,–

Sözdə-sovda

Qəzəbdən don geyinirsən,

Boğazına güc verirsən,

Qoluna yox;

Nə qədər ki,

Millət çıxmır,

Cürət çıxmır,

Qeyrət çıxmır

Ölüm-dirim yoluna, yox,

Gün o gün olmayacaq!

 

 

 

İşğaldan sonra Kəlbəcərin Comərd kəndi - VİDEO 24 Yanvar 2021, 14:19 Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət aldı 24 Yanvar 2021, 14:10 Türkiyəli nazir: "Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabondadır"   24 Yanvar 2021, 14:05 Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək 24 Yanvar 2021, 13:50 Zərdüşt Əlizadə: "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." 24 Yanvar 2021, 13:44 Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarıldı 24 Yanvar 2021, 13:35 İrəvan qarışdı: "Satqın Nikol, istefa!" 24 Yanvar 2021, 13:28 İbrahimoviç "Atalanta"nın hücumçusu ilə münaqişəyə girdi 24 Yanvar 2021, 13:23 Düşmən daha 72 itkisini açıqladı 24 Yanvar 2021, 13:20 Lənkəranda itkin düşmüş yeniyetmə tapıldı 24 Yanvar 2021, 13:09 Yunis Hüseynov istefa verdi 24 Yanvar 2021, 12:59 Nazir 10 şagirdin ölümündən, 60 məktəbin dağıdılmasından yazdı 24 Yanvar 2021, 12:51 Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16