Modern.az

Prezidentin Ehtiyat Fondunun vəsaitilə tikiləcək binalar harada yaşayan köçkünləri əhatə edəcək?

Prezidentin Ehtiyat Fondunun vəsaitilə tikiləcək binalar harada yaşayan  köçkünləri əhatə edəcək?

3 Sentyabr 2009, 14:58

Dünən Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 700-ə yaxın məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalarının layihələndirilməsi və tikintisi məqsədilə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 3 mln. manat vəsait ayrılacaq. Bu vəsait hansı bölgədə məskunlaşan köçkün ailələrinə binaların inşasına sərf olunacaq?
“Hələ ki, məcburi köçkünlər üçün mənzillərin harada tikiləcəyi məlum deyil”. Bu barədə Modern.az saytına Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin mətbuat xidmətinn rəhbəri Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, mənzilərin tikildikdən sonra hansı ailələrin ixtiyarına veriləcəyi də hələ müəyyənləşdirilməyib. Bütün bunların araşdırıldığını qeyd edən S.Hüseynov iki gün ərzində bu məsələlərə aydınlıq gətiriləcəyini söyləyib.

Aqil LƏTİFOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub