21 Oktyabr 2016, 16:08 | Ana Səhifə - Yazılar - O kişilər və bu qadınlar
O kişilər və bu qadınlar

Hidayət ELVÜSAL

 

Xəcalət çəkdik. Doğrudan xəcalət çəkdik. Yaxın Şərqdə, qonşu ölkədə baş verənlər bizi rəzil etdi. İslama ləkə vuran, onu gözdən salan şeytanlar müqəddəs din adından hər cür alçaqlığa əl atdılar.

İŞİD deyilən güruh İraqda, Suriyada işğal etdiyi şəhərlərin, kəndlərin qızlarına, qadınlarına qarşı olmazın vəhşiliyini törətdilər. Azyaşlı qızlara təcavüz etdilər və bunu «Allah buyurub» deyə, əslində kafir olduqlarını gizlətmədilər.

Bu da yetmədi. Qızları dəstə-dəstə bazara, bəli bazara çıxardılar. Satdılar. Və özlərinə müsəlman deyənlərin satdıqları  o müsəlman qızları kim aldı? Müsəlman!

Amma BOP (Böyük Ortadoğu (Yaxın Şərq) proyekti) deyilən yalançı, alçaq niyyətli sonradan üzə çıxdı. Halbuki, özünü bu proyektin həmsədri elan edən Rəcəb Tayyib Ərdoğan dönə-dönə demişdi ki, proyekt demokratiya və qadın azadlığı məqsədi güdür. Əslində isə İslam torpaqlarının enerji və insan qaynaqlarına yiyələnmək istəyini gördük. Qadınlar ən alçaq bir şəkildə təhqir olundu. İnsanlar torpaqlarından didərgin düşdü. Türkiyəni çıxmaq şərti ilə tək bir müsəlman ölkəsi tək bir qaçqın müsəlmanı qəbul etmədi. Avropa isə onları mədəsi tutuduğu qədər uddu və udur. Və təhlükənin miqaysını düşünə bilmədən udur. Atası-anası, bacısı, övladı… bu qanlı müharibənin, təcavüzün qurbanı olanlar intiqam hissi ilə yaşayacaqlar.  Çünki belə bir zülmü ABŞ və Qərbin növbəti xaç yürüşü olması danılmazdır.  Bütün bunlar öz yerində.

Və bir də o qadınlar - alçaldılan, təhqir olunan, bazarlarda satılan qadınlar yox, o qadınlar.

Yaxın Şərqdə uzun müddət bir-biri ilə vuruşub gücdən düşən müsəlmanlara son zərbələr vurulur. Fərq etməz kim hansı tərəfdədir – çayın daşı, çayın quşu. İndi dövrəyə girmək zamanıdır.

O qadınlar dedik. ABŞ-da Hillari Klintonun uzağı 20 gündən sonra prezident elan ediləcəyinə artıq kimsə şübhə etmir. ABŞ Yaxın Şərqi bombalayır.

Və… İngiltərə də bombalayır. Hökumət rəhbəri, baş nazir qadındır.

Almaniya bombalayır – baş nazir qadındır.

Norveç bombalayır – baş nazir qadındır.

Hətta Polşa bobalayır – baş nazir qadındır…

İndi yaranmış siyasi panorama diqqətlə baxın. Bir tərəfdə təcavüzə, təhqirə, hüquqsuzluğa məruz qalmış müsəlman qadınları. O biri tərəfdə güc sahibi olan, buralara bomba yağdıran xristian dünyasının qadınları.

Bəs, deyirik Cənnət anaların ayağının altındadır. Hanı o Cənnət? Müsəlman, ən çox da sünni təriqətinin mənsubları ağlıma gələn və gəlməyən bütün alçaqlıqlara əl atdılar.

Bəlkə də hamısı bilmir. Amma sirr deyil ki, İŞİD deyilən o lənətlilərin ordusunda ermənilər də var. İrəvanda doğulub-böyümüş birinin şəklini ermənilər fəxrlə yaydılar. Çünki o erməni əsasən türk kəndlərində, türk məhəllələrində törədilən qətliamların başında dururdu.

Başqa bir erməni İstanbulda tutuldu. İŞİD  militanı idi. gəlmişdi ailəsi ilə növbəti görüşə. Nə qədər müsəlman, türk öldürdüyünü bildirməyə.

Bax belə!

Deyəsən müsəlman kişilərdən daha çox danışdıq. O kişilərdən ki, indi ildə xristian qadınların onların başına od yağdırır.

Və həm də fikirləşirsən – bəlkə bu. Allahın qəzəbidir. O qədər günah eləyən, kafirlərin qol-qola müsəlmanlara zülm edənlər onun qəzəbinə gəliblər.

Yoxsa xristian qadınlar müsəlman kişilərinin başına niyə od ələsinlər ki?!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Oğuzda köməksiz qalan şəxs xilas edildi 2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16 DİN-dən polisi döyən deputatla bağlı yeni AÇIQLAMA 2 Avqust 2021, 17:12