18 Noyabr 2016, 13:44 | Ana Səhifə - Yazılar - Borc tapa bildim
Borc tapa bildim

Hidayət ELVÜSAL

 

On-on beş min pul lazım idi ki, bir sot torpaq alıb ev tikim, külfəti yığım içinə. Bilirsiniz də, bu şəhərdə pulun olmadı, küçələrdə qalacaqsan, ya da allah üzünə baxsa «kvartirant» rütbəsi alıb sürünəcəksən. Nə isə, bələdiyyədəki o gədəyə vermək üçün on, on beş min manat…

Qohum deyib üz tutduğum adamlar elə and içdilər ki, ağzımı açmağa peşman oldum. Dayım oğlu dedi:

- Sən öl, olan-qalanımı müdirə verdim.  Təzə vəzifəyə  iyirmi min istəmişdi.

Əmioğlu sızıldadı:

- Balaca gədəni məktəbə qəbul elətdirdim. Dədəmin goru haqqı verdiyimin yarısını borc eləmişəm.

Qaynanam başını buladı:

- Evin tikilsin, məndə pul hardandı? Bu fərsiz oğlu fərsiz yenə küçədə dava salmışdı. Müstəntiqə o qədər xahiş, minnətdən sonra onca min pul verdim.

Bu da qohumlar. Pulu paçka-paçka xərcləyirdilər, amma məni görəndə zülüm-zülüm ağlayırlar. Elə dünən yadıma bir köhnə dostum düşdü. Özümü çatdırdım ona. Sağ olsun, yaxşı-yaxşı qulaq asıb, boynunun ardını qaşıdı:

- O adam kimdi?

Dedim ki, filankəsdi. Yenə boynunun ardını qaşıdı və handan-hana dilləndi:

- Nə qədər istəyir?

- On beş min.

- Hm… satmağa bir şey var?

- Yox!

- Niyə?

- Cəmi iki-üç ildi ki…

- Hə, hə, bildim. Elə o vaxt da gəlmişdin. Mənim də əlim aşağı idi. Yenə gəlmisən, - deyə indi də qulağını qaşıdı, – Deyirsən on beş min istəyirlər?

- Hə!

- Yaxşı istəyirlər. Yeznəmnən otuz min aldılar. Amma yaxşı yerdi. Suyu, qazı, havası əla.

- Sağlığına qismət olsun.

- Çox sağ ol, çox sağ ol. Yaxşı, qoy görək neynəyirik. Bir təzə şöbə müdiri götürmüşəm, beş min verəcək. Xeyli inventar spisat eləmişik, satıb pulunu gətirəcəklər. Yaxşı, pulu nə vaxt qaytaracaqsan?

- Nə deyim, vallah! Mənim nə vaxt pulum olacaq? Küçənin ortasında dayanacağam, - dedim. – Maşın məni vuracaq. Dörd-beş min sürücüdən alacam. Bir kefliyə sataşıb özümü döydürəcəm. Sonra milisə şikayət edəcəm. Bir az onlar alacaq, barışıb, bir az da özüm alacam. Sonra…

- Danışdıq, - deyə dostum əlini stolun üstünə vurdu, - Tez elə! Amma özünü super maşınlara vurdur. «Jiquli»yə, «Zaparojes»ə pul verən yoxdu. Döyüləndə də o bahalı restoranların qabağında döyül. Pullular orda yeyib-içirlər.

Küçəyə çıxan kimi bələdiyyə sədrinə zəng elədim:

- Gələn həftə pulu gətirəcəm.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45 Ad günündə torpağa tapşırılan Şəhid... - VİDEO 4 Dekabr 2020, 08:14 Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi 4 Dekabr 2020, 08:00 Qarabağ qazisinin bu VİDEOSU ən çox paylaşılan oldu 4 Dekabr 2020, 01:00 İngiltərədə güclü partlayış 4 Dekabr 2020, 00:48 Bu komandalar Avroliqada pley-offa yüksəldilər 4 Dekabr 2020, 00:33
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?