13 Fevral 2017, 09:52 | Ana Səhifə - Yazılar - Əmək qəhrəmanının nazir oğlu Xocalının bərpasına qatılmaq istəyir
Əmək qəhrəmanının nazir oğlu Xocalının bərpasına qatılmaq istəyir

Vüqar Tofiqli


Onunla xeyli müddət idi ki, görüşüb  həm özü, həm də atası barədə danışmağa qərar vermişdim.

Nəhayət görüşümüz alındı.  Yaşı 75-i keçsə də, çox gümrah görünürdü. Həvəslə atası barədə danışır, arada özünündə fəaliyyəti barədə danışmağı unutmurdu.

Beləliklə, həmsöhbətim Ağdamın Qaradağlı kəndindən tanınmış nəslin nümayəndəsi olan Ehtiram Məmmədovdur. Atası Turab Süleyman oğlu Məmmədov Sosialist Əməyi Qəhrəmanı  fəxri adına təltif olunan azsaylı şəxslərdən idi. Uzun illər adıçəkilən inzibati ərazidə formalaşan “Telman” adına kolxozun sədri vəzifəsində çalışaraq rayonda hörmət və nüfuz sahibi olmuşdu...

***

Ağdamın əmək qəhrəmanları barəsində müəyyən məlumatları toplasam da, nədənsə geniş araşdırma aparmağa tələsmirdim.

Ancaq etiraf etməliyəm ki,  Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Əmək” ordeninin təsis edilməsi bu sahəyə diqqətimi xeyli artırdı. Bu günlərdə keçirilən tədbirlərin birində tanış olduğum Ehtiram Məmmədovla söhbətim bu istiqamətdə aparcağım araşdırmalara təkan verdi.

Söhbətimizi Qaradağlı kəndindən başlayıb Bakıda yekunlaşdırdıq. Və bu keşməkeşli, ağrılı-acılı, lakin fəxr duyulası həyat yolunda bir çox məqamlara toxunduq.

Atası Turab kişi 1911-ci ildə Qaradağlı kəndində anadan olmuşdu. Ağdamın  komsomol tarixində özünəməxsus yeri var idi. Tiflis Kənd Təsərrüfatı İnstitutunun nəzdində olan texnikumu bitirmişdi.

İkinci Dünya Müharibəsi illərində Stalinqrad döyüşlərində yaxından iştirak etmişdi. Məhz adıçəkilən istiqamətdə gedən döyüşlərdə ağır  yaralanan Turab Məmmədov ordudan tərxis olunur və doğma kəndinə qayıdır.

1943-cü ilin sonlarından “Telman”  adına kolxoza sədr seçilir.  İyirmi il ərzində rəhbərlik etdiyi kolxozu şan-şöhrətin zirvəsinə çatdırır.  1947-cil ildə taxılçılıq sahəsində qazandığı uğurlarına görə,  SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.M.Şvernikin imzasıyla 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülür. Məhz həmin il T.Məmmədov hər hektardan 40  sentner taxıl götürə bilmişdi.


Ehtiram müəllim bu arada maraqlı bir məqama da toxunmağı unutmur.

-          Dəfələrlə iştirak etdiyi Xalq Təssərüfatı Naliyyətləri Sərgisindən atama o dövrün ən müasir velosipedini hədiyyə etmişdilər. Adı da yadımdadı “Proqress”. Kənddə məktəbdə oxuduğum illərdə velosipedi sürməyi öyrəndm.

Atam Quzanlı kəndindəki 26 Bakı Komissarları  kolxozunun sədri Şəmsəddin Quliyevlə bərk dost idi. Bu dostluq övladlara da keçmişdi. Mən də onlarla dostluq edir, tez-tez görüşürdüm. Bir gün, velosipedin təzə vaxtıdı, özümündə həvəsim aşıb-daşır. Velosipedlə iki saata Quzanlı kəndinə gəldim. Şəmsəddin kişinin oğlu rəhmətlik Şahlarla və digər dostlarımla görüşüb geri qayıtmağımı heç vaxt unuda bilmirəm.

Məktəb illərində müəllimim Muxtar Allahverdiyevin xoş siması da həmişə diqqətimdə qalıb...

***    

Keçmiş sovet dovründə fəhlə - kəndli əməyinə  yüksək qiymət vermək üçün bir sıra təltiflər təsis edilmişdi. Ötən əsrin 30-cu illərində təsərrüfatla yanaşı və yaradıcılıqda fərqlənən insanlara Əmək qəhrəmanı fəxri adı verilərdi. Qeyd edim ki, Əmək qəhrəmanı adı alanlar içərisində Ağdamın Seyidli kəndindən olan tanınmış yazıçımız Süleyman Sani Axundov (1932) və tanınmış aktoyr əməkdar artist Murad Muradov da (1933)  var idi. Murad Muradov Ağdamın tanınmış siması, əslən Muradbəyli kəndindən olan Ağdam Dövlət Dram Teatrının aparıcı aktoyru Qaflan Muradovun qardaşı idi. Əlavə edim ki, ona da  1940-cı ildə əməkdar artist fəxri  adı verilmişdi.  


Bu arada qeyd edim ki, Sosialist  Əməyi Qəhrəmanı fəxri adının əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdi. Buna qədər olan  Əmək qəhrəmanı adı sosialist respublikalarının Ali Soveti sədrinin imzasıyla verilirdisə, Sosialist Əməyi Qəhrəmanı respublika rəhbərlərinin təqdimatıyla SSRİ Ali Soveti sədrinin imzasıyla verilirdi. Sosialist Əməyi Qəhrəmanı   fəxri adı təsis edildikdən sonra respublikalarda Əmək qəhrəmanı adının verilməsi dayandırıldı.

Bizim bu istiqamətdə apardığımız araşdırmalardan bəlli olan odur ki,  keçmiş SSRİ üzrə ümumilikdə olan  20.605 nəfər Sosialist Əməyi Qəhrəmanının arasında 25 Ağdam sakininin  adı var. Qəhrəmanların 5-i Qaradağlı və  Mahrızlı, 3-ü Zəngişalı və Kəngərli, 2-si Mərzili kəndindən idi. Qəhrəmanlar arasında Alıbəyli, İsmayılbəyli, Quzanlı, Mürəşelli və Pərioğlullar kəndinin sakinləri də vardır.  Qəhrəmanlarımızın 2-si Ağdam rayonunda göstərdiyi şücaətə görə təltif edilsələr də, onların biri Zəngəzurda, digəri Füzulinin Qacar kəndində anadan olmuşdu.


Haqqında söhbət açdığım Turab Məmmədov  Qaradağlı kəndinin 5 qəhrəmanından biri olub. Başqa bir maraqlı məqam ondadır, Turab kişinin dayısı oğlanları Məmməd və Muxtar Məmmədov qardaşları da Sosialist  Əməyi Qəhrəmani idilər.

Yenə Ehtiram müəllimlə söhbətə qayıdıram.

***

Bakıda texnukumu bitirən Ehtiram Məmmədov sıravi fəhləlikdən nazir müavini səviyyəsinədək yüksəlib. Əmək fəaliyyətinə Bakı Baş Tikinti İdarəsinin 2 nömrəli Dəmir Beton Məmulatı zavodunda fəhlə kimi başlayıb. 1962-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1968-ci ildə oranı bitirib, dəmiryol tikintisi üzrə inşaatçı mühəndis ixtisasına yiyələnib.

1985-ci ildə Mənzil Kommunal Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. On altı il, nazirlik ləğv edilənədək, bu vəzifədə çalışan E.Məmmədov  fəaliyyəti dövrü atası Turab kişi kimi öz təmizliyini, habelə vətəninə, dövlətinə sədaqət hissini unutmayıb. Həyatının ən maraqlı və məsuliyyətli dövrü  Xocalı şəhərində keçib.

-          1988-ci ilin fevralından  başlanan Qarabağ hadisələri zamanı mən xüsusi komissiyanın üzvü kimi Xocalı şəhərində üç ilə yaxın çalışmışam. Çalışdığım nazirliyə Xocalı şəhərində üçmərtəbəli müasir mehmanxananın və şəhər hamamının tikintisi həvalə edilmişdi. Az müddət ərzində üzərimizə düşən vəzifəni yerinə yetirə bildik. Məhz mehmanxananın akt zalında Qarabag üzrə yaradılmış xüsusi komissiyanın üzvləri  vətəndaşları qəbul edir, problemlərini dinləyir və həlli istiqamətindəa addımlar atırdı. Bundan əvvəl isə Xocalı çayının sağ sahilində geniş sahədə məhsəti türkləri üçün qəsəbə salınmışdı. Xocalı rayonuna aid kəndlərdə qısa müddət ərzində bir sıra sosial obyektlərin inşasını başa çatdırdıq.

Xocalıdan üzü Meşəli kəndinə kimi olan ərazilər gözəlliyi ilə adamı valeh edirdi. Saysız-hesabsız bulaqlar, rəngarəng meşə massivləri və s.  İlk dəfə bu ərazilərə gələnlər buradan qayıtmaq istəmirdi...

Bu gün 1990-cı illərə qayıtsaq, o illərdə idarəetmədə  ciddi səhvlərin olduğunu görmək olar.

İndi düşünürəm ki, 1990-cı illərdə sosial obyektlərdən çox ərazilərdə azərbaycanlı əhalisinin müdafiəsini lazımi səviyyədə təşkil etməklə, düşməni beşikdə boğmaq lazım idi. Bizim rəhbərlər isə yanlışlığa yol verdi.

Beləliklə, daşı tərəziyə düz qoya bilmədik. Nəticədə xalqımızın başına bu qədər faciələr gəldi.

Sözsüz ki, hər birimiz günahkarıq...

Deyərdim ki, 50 illik əmək fəaliyyətimin Xocalı dövrünü ömrümün qızıl dövrü adlandırardım.  Öz təcrübəmi  bu gün işğal altında olan ərazilərin bərpasında paylaşmaq istərdim. Bu gün əsas niyyətim Xocalının bərpasında yaxından iştirak etməkdir. Bəlkə də məni yaşadan elə bu istəkdir.

***

Bu gün işğal altında olan ərazilərimizdə rəqəmlərlə ifadə olunmayacaq qədər itirdiklərimiz var. Maddi- mədəni irsimizi təbliğ etməklə sanki biz onu gənc nəslə çatdırır və yaşadırıq. Biz bu gün şəhidlərimiz haqqında, Mlli Qəhrəmanlarımız haqqında çox danışırıq. Və danışmağa borcluyuq.


Ancaq o ərazilərin yetişdirdiyi, daim xalq arasında olan və  statuslarına görə, xalqının problemlərinin həlində yaxından iştirak edən əmək qəhrəmanlarımız da var. Biz bu qəhrəmanlarımızı da təbliğ etməklə xalqımızın ən böyük dəyərlərini yaşatmış oluruq... 
 

Bəli, daha bir ağdamlıyla söhbətə yekun vururam. Hər birimizin arzu və istəyi birdir:  o yerlərə qayıtmaq, bərpasında yaxından iştirak etmək, ən əsası səhvlərimizdən nəticə çıxarmaq...

İnanmıram ki, o yerlərə qayıdandan sonra biz belə səhvlərə bir daha yol verək.

Nəzərə alaq nə Azərbaycan, nə sakinləri, nə də ki iqtidar 30 əvvəlki deyil...   



MÜƏLLİFİN DİGƏR YAZILARI
Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52 “WhatsApp”da yeni funksiya işə salındı 16 Sentyabr 2021, 18:48 Türkiyə universitetlərinə qəbul olan tələbələrin NƏZƏRİNƏ 16 Sentyabr 2021, 18:41 UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər 16 Sentyabr 2021, 18:35 İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU 16 Sentyabr 2021, 18:29 Rusiyadan Azərbaycan-Türkiyə təlimlərinə REAKSİYA 16 Sentyabr 2021, 18:25
SORĞU Hansı vaksinə etibar edirsiniz?