13 Fevral 2017, 16:22 | Ana Səhifə - Yazılar - O yerdə niyə Alim Qasımov əyləşməsin ki?!
O yerdə niyə Alim Qasımov əyləşməsin ki?!

Vəfa Allahverdiyeva   


Münsif olan şəxs həmişə seçən statusda çıxış edir, seçilən deyil yəni. Hansısa bir əhəmiyyətli tədbirin, proqramın, layihənin münsifi olmaq nə kimi parametrlərlə, kim tərəfindən təyin edilir, incələməyə lüzum yox- çünki peşəkarlıq, ictimai rəydə populyarlıq, cəmiyyətdə qazanılan hörmət  ona bu funksiyanı ürəklə həvalə edir.


Ötən həftənin populyar qalmaqalına səbəb olan xalq artisti Canəli Əkbərovun isminin Muğam müsabiqəsinin münsifliyinə namizədliyi şəxsi iddia kimi bir tərəfə, amma qapalı çevrələrdə kiminsə təklifi idisə, heç də uğurlu variant deyildi.


Təkcə o səbəbdən yox ki, xanəndənin xarakterində müəyyən qüsurlar var, üstəlik həmkarları ilə köhnədən ziddiyyətli, kinini diri tutan, hər daim açıq hücuma hazır birisidir və bu xoşagəlməzlik yaxşı səslərin rayonbarayon seçimi ərəfəsində olan növbəti yarışmaya  zərər verə bilərdi.   


Məsələ burasındadır ki, ictimai sifariş ağır, sanballı, ciddi musiqinin  münsif heyətində ildən-ilə fərqli muğam üslublarının, müxtəlif nəsillərin təmsilçiliyini istəyir və format yeniliyi, müəyyən sintezlər yarışmaya olan ictimai zövqləri daha da oxşamalı, maraqlılığı azalmağa qoymamalıdır.


Yoxsa ki, Canəli Əkbərovun münsiflərlə oxşar muğam tərzi və Mənsum İbrahimov istisna olmaqla, təxminən yaşıd həmkarlığı da bu yarışmaya monotonluqdan başqa nəsə verməyə müvəffəq deyildi.     


Muğamda elə bir isim var ki, onun ritm müstəvisindəki heyranedici boğazlarında indi  gənclərə rəy vermək, tənqid-təriflərini bölüşmək, öz davamçılarını təqdim etmək zərurəti daşınır.


Amma onun adı münsifliyə namizədlər sırasında yoxdur: ya səbəb birbaşa özü olaraq, ya da muğam yarışmasının koordinatorları tərəfindən təklif almaması  ucbatından.    


Alim Qasımovun Muğam müsabiqəsindəki müəllimi Ağaxan Abdullayevin boş qalmış yerinə, onun uğurlu tələbəsi-mənəvi varisi  kimi tam haqqı çatır. Bu, bir tərəfə. 


Mənəvi varislikdən üstün isə onun muğamda açdığı yeni səhifələr və bu novator qabiliyyətin sayəsində birincilik zirvəsini fəth edə bilməsi, improvizasiya fərqliliyində musiqidə düha kəlməsini soyadının qarşısına yazdırmaq şansıdır ki,  Alim Qasımovu boş qalmış o yerə çox-çox layiqli edir, o cümlədən, onun namizədliyini  ictimai tələb səviyyəsinə yüksəldir.     



O, muğam sənətinin yeniliklərində yaxşı mənada bir firondur. Lakin bu liderlik şəxsi təvazökarlıqla parlaqlaşmadığı üçün muğam müsabiqəsində mənəm-mənəmlik ab-havası deyil, sənətə gələn debutantlarda uğurlu  sənət örnəyi, faydalı təcrübəyə istinad  marağı yarada bilər.


Axırıncı yarışmada münsiflər arasında bir-birindən bir qədər solğun narazılıq, sətiraltı kəlmələrdə ünvanlı etirazlar, qiymətləndirmələrdə çarpazlaşan mövqelər, arabir sərtləşən mimikalar müsabiqənin ənənəvi formatını ideal format olmaqdan çıxarıb, onun haqqındakı rəylərdə müəyyən korrektələr etmişdi.


Alim Qasımovla formatın  ideal məzmun alacağını iddia etmək qeyri-düzgün proqnoz olsa da,  həmin atmosferə suxluq, əsl dərs ab-havası, gözəl sənət  diskussiyası, sərrast seçim imkanları gətirəcəyi  şübhəsizdir.          


Sənətdə bir inqilab olub və bu inqilabı Alim Qasımov muğamla estradanın sintezində, hüznlə hərəkətliliyin, xoş ovqatın  vəhdətində, yeni səhnə dekorasiyasında tamaşaçıya asan olmasa da,  qəbul etdirməyi bacarıb.


Burda Alim təkdir. Varis yoxdur, ya da azdır. Amma estafet davam etməlidir.

Ola bilsin,  Alim Qasımovun girdiyi auditoriyalarda muğamın yeni tərzində varisliyin təmini istiqamətində müəyyən bir fəaliyyət mövcuddur.


Yəni o, öz doğma qızından başqa, elin onlarla oğluna və qızına muğamı Avropa mədəniyyətinə daşımaq yolunu öyrədir. Bu fəaliyyətin görünən tərəfini-yəni Alim Qasımovdan pöhrələnən gənc muğam ifaçılarını, ümumiyyətlə, sənətdə bu tərzin də lazımlığını Muğam müsabiqələrindən yaxşı təsdiqləyən, gələcəyə ötürən ikinci etibarlı müstəvi ola bilməz.   Zənnimizcə,  muğam layihəsinin müəllifləri bu faktoru da ciddi nəzərə almalıdır.       


Lakin bu da bəribaşdan bəllidir ki, Canəli Əkbərov üçün münsifliyə gedib çıxmağın çətinliyi xarakterik səbəblərlə bağlılıq təşkil edirsə, Alim Qasımovu münsif statusunda görmək ictimai arzularının qarşısı da maneəsiz deyildir. Çünki o, Azərbaycan tamaşaçısından tutmuş qlobal seyrci, dinləyici auditoriyasına qədər böyük çoxluğun musiqi zövqünü oxşamağı bacarsa da, öz sənət cameəsində çətinliklə “həzm” və qəbul olunan bir xanəndədir.


Muğam yarışmasının əsas münsifi Əlibaba Məmmədovun içində, əgər Alimin musiqi fantaziyasına, muğamla birlikdə düşdüyü hallara tənqidi fikirləri hələ də qalırsa,  ictimai rəyin Alim Qasımovun  üzərinə biçdiyi münsif arzularının gerçəklik şansı da azalır və muğamın sintez üslubunda daimilik təqdimatı öz varislərini daha uzaq gələcəkdə gözləyir.


Beləliklə, bu gün muğam müsabiqəsinin əsas çatışmayan tərəfi üzərinə məhz yaddan çıxan Alim faktoru ilə parlaq işıq düşmüş olur...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ərdoğandan Qərbə Qarabağ ÇAĞIRIŞI 21 İyun 2021, 20:43 ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?