Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov dünyasını dəyişib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ölümü barədə fəxri prezidenti olduğu "VTB Vahid Liqası" məlumat yayıb. Bu məlumatı Rusiya Hərbi Tarix Cəmiyyəti (RHTC) də təsdiqləyib - İvanov orada qəyyumlar şurasının sədri idi. Onun 73 yaşı var idi.
Sergey İvanov 2001–2007-ci illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib. Bu vəzifədən getdikdən sonra o, Rusiya hökumət sədrinin birinci müavini və müavini (2007–2011-ci illərdə) postlarını tutub. Daha sonra Prezident Administrasiyasına keçərək 2011–2016-cı illərdə bura rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər isə Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.
Fevralın 4-də Sergey İvanov bu vəzifədən istefa vermişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, İvanov istefaya getməyi özü istəmişdi.
Qeyd edık ki, İvanov 2008-ci ildə Dmitri Medvedevlə yanaşı Putini prezident postunda əvəz edəcək potensial namizəd kimi baxılırdı. Sonradan Dmitri Medvedevin namizədliyi təsdiqlənmiş, o 2008-2012-ci illərdə prezident səlahiyyətlərini icra etmişdi.