29 Noyabr 2017, 16:37 | Ana Səhifə - Yazılar - Qarabağda karyerası sona qədər uğurlu olan adam varmı?
Qarabağda karyerası sona qədər uğurlu olan adam varmı?

Zahid Oruc,
Milli Məclisin deputatı

İrəvan təkcə mükafatlandırma yeri deyil,həm də cəza və hesab məkanıdır.Bir vaxtlar öz xalqı tərəfindən birinci Qarabağ müharibəsinin qalib sərkərdələri cərgəsində yüksək tutullara layiq görülənlər,indi prokurorların və hakimlərin sərt qərarları üz-üzədilər.Şanlı Robespyeri silahdaşlarının icad etdiyi gilyotinə göndərən inqilabçılara görə kürsüyə kimi qaldırmağın elə bir fərqi yoxdur-ya 16-cı Lüdovik olsun,ya da kralı taxtdan salan yakobinçilər,jirondistlər... Yetər ki,qladiatorların savaşı bitməsin.Çünki kütləni ehtizaza gətirən süngülərin bitməyən səsi və qan içində boğulan döyüşçülərin cansız bədənidir.

Qarabağ hərəkatının öncülləri memarı olduqları ideologiyanın və qurduqları hakimiyyətin qurbanlarına çevrilməkdə davam edirlər. Samvel Babayana 6 illik cəza hökmü oxunarkən ayaq səsləri Razdan meydanında çoxdan kəsilmiş kütlə heç nəyin fərqində deyildi.Axı bir vaxtlar böyük vətən uğrunda mübarizənin önündə gedən simalar əsil sitayiş ünvanı,səcdəgah qalasıydılar. İndi xəbər lentlərində sanki növbəti kriminal qaçaqmalçılıq hadisəsinin qarşısını alan rəşadətli hüquq-mühafizə orqanlarının son nəticəyə çatdırdıqları ədalət mühakiməsindən bəhs edilir və bununla da pərdə qapanır.

Halbuki Samvel Babayanın bulaşdığı “İqla zenit-raket qurğusu”nun İrəvana gətirilməsi əməliyyatı,yaxud müxtəlif yollarla ölkənin dövriyyəsinə qatmağa çalışdığı milyonlarla avro dəyərində pul onun bir vaxtlar qoşulduğu millətlərarası savaş epopeyasının acı sonluğu idi.Kim bilir,keçmiş hərbi cinayətkarın qeyri-rəsmi həyata keçirdiyi silah və texnika alverinin hədəfi yenə də Azərbaycanmı olacaqdı,lakin bir həqiqət inkarolunmazdır ki,əzəli səngər yoldaşları dinc dövrdə bir-birinin qəniminə çevrildiyi üçün belə bahalı sövdələşməni ifşa etmək mümkün olub.Hər halda Samvel Babayan Qarabağda uğurlu karyera qurub sonra güdaza verilənlərin kiçikçaplı nümayəndələrindən yalnız biridir.Ona qədər minlərlə azərbaycanlının qətli üzərindən keçərək siyasi hakimiyyətə sahib olan daha güclü simaların başları kütlələrin ayaqları altına düşüb.

Levon ter Petrosyan çeçen xalqını azadlıq mübarizəsinə qaldıran Cövhər Dudayevdən sonra böyük dünya həqiqətlərini dərk edəndə artıq iş-işdən keçmişdi.Qoca Şərqin elm dəhlizlərindən baş çıxarmağı bacaran erməni xalq hərəkatının başçısının 1997-ci ildə yazdığı “hərb və sülh” əsəri bir çox cəhətlərinə görə böyük Fransa inqilabının liderlərinin etiraflarına bənzəyirdi. Saraylardan qaçan və varlı adamlara nifrət edən Robespyer sonra terrora-vətən xainlərinin kütləvi qətlinə fərman verəndə artıq öz ölümünü qazanmışdı.Ona görə də Ermənistanın siyasi səhnəsi son 20 ilin elitar razborkası şəraitində keçərkən heç kəs yerə salınan başların kimə məxsus olduğu ilə maraqlanmayıb. Çünki müharibədə sağ qalmaq uğrunda ölüm-dirim savaşı aparanların sülh dövründə düşmənə çevrilməsi həyatın əbədi qanunudur.

Yəqin,kimsə dərhal ikinci dünya müharibəsinin rəşadətli döyüş meydanlarından qalibiyyətlə keçən jukovları,rokosovskiləri və malinovskiləri sovet rəhbərlərinin necə əzdiyini xatırlayacaq və haradasa parallelər aparmağa çalışcaqlar.Lakin faşizmə qarşı müqəddəs davaya çıxanlarla məhəlli miqyasda qəsbkarlıq, sümürgənlik və işğalçılıq siyasəti yürüdənləri tarixin eyni tərəzisində çəkmək cinayət olardı.Ona görə də Ermənistan siyasi səhnəsi elə bilin,makroskopik qaydada böyüdülmüş azğın döyüş səhnəsidir.Məgər Koçaryanın,Ohanyanın,Qukasyanın və onlarla digər siyasi-hərbi generalın aqibəti Samvel Babayandan çoxmu fərqlidir?

Bir neçə gün öncə erməni kütləvi informasiya vasitələrində kəşfiyyat-diversiya qrupunun ilk rəhbərlərindən olan Vova Vardanovun o vaxtkı komandiri-indiki prezidenti Serj Sarkiyasyana qarşı necə kəskin ittihamlar yağdırdığının şahidi olduq:o,hərbi xidmətdə həyatını itirən əskərlərin yarısına qədərinin qeyri-döyüş şəraitində öldüklərini vurğulayır, ordunu “bardak” adlandırırdı.Gerçəkdən də əgər generallar 90-cı illərin “müqəddəs yüksəklikləri” uğrunda deyil,imarətlərə və uca saraylara can atırsa,onda hansı əskər-komandir birliyindən və ya döyüş qabiliyyətindən danışmaq olar?

Samvel Babayanın “hökmü”nü qara əbalı hakim koprusu deyil, apardığı qanlı savaşlarda qəddarlıqla məhv etdiyi minlərlə insanın taleyi verib.1994-cü ilin fevral-mart aylarında Moskvada Paşa Qraçovun Azərbaycanı diz çökdürmək və kapitulyasiya aktını imzalatdırmaq üçün təşkil etdiyi absurd teatrında Samvel Babayanın hansı rolda çıxış etdiyini heç kəs unutmur.O, müharibə qəniməti kimi təkcə azərbaycanlıların varına sahib olmağı düşünmüdü,eləcə də özünü Sezar sayaraq,prezidenti Arkadi Qukasyana silah qaldıranda cəngəllikdə “birinci adam” statusunun ona məxsus olduğunu göstərməyə çalışırdı.Axı gerçəkdən də özünün dediyi kimi,imperiyanın pəncəsindən qurtulmuşdusa,heç kəs ona bata bilməzdi.Hər halda “dəli Samvel”ləqəbini o pozulmuş psixikasına görə deyil, ələkeçməzliyinə görə əldə qazanmışdı.Karyerasının ən parlaq səhifəsini Çaykəndinin təmizlənməsi zamanı rusların apardıqları “həlqə” əməliyyatına qarşı üsyan qaldırmasını hesab edən və nəticədə tutulub Bayıl həbsxanasına gətirilməsini Kəlbəcər, Laçın,Cəbrayıl rayonlarını tutmasından daha üstün sayan adamı başa düşmək o qədər çətin deyil.Əgər vaxtilə Bakı məhbəsində onun dediyi kimi “amansız düşmən”in əlindən qurtulmasaydı, kim bilir,Qarabağda hadisələr hansı məcrada inkişaf edərdi.

İndi İrəvanda məhkəmə qarşısına bir milyon deyil,heç bir nəfərin də toplaşmadığı şəraitdə hərbi cani bütün döyüş yolunu gözləri qarşısında canlandırıb yəqin belə düşünür: Haaqa tribunalının deyil, xilasına çalışdığı və ərazicə böyük torpaqlara sahib etmək istədiyi millətinin susqunluğu,silahdaşlarının barıt yox,korrupsiya qoxuyan əlləri ilə yazılmış hökmü gətirib məhkəmədə oxuyanlar əzazildir,yoxsa Bayıl məhbəsinə Babayanı o vaxt yola salanlar?!

Bakının 9 məktəbində 5 günlük əyani tədrisə keçildi - SİYAHI 18 May 2021, 12:40 İki məhkəmə sədri vəzifəsindən azad olunur 18 May 2021, 12:30 Ermənistan və onu müdafiə edənlərə 4 SUAL 18 May 2021, 12:24 “8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – “Bakı Metropoliteni”ndən AÇIQLAMA 18 May 2021, 12:18 Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa MƏCBUR ETDİ 18 May 2021, 12:12 Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI 18 May 2021, 12:06 İcra başçısı həlli vacib olan məsələləri sakinlərlə müzakirə etdi 18 May 2021, 12:00 Gömrük Akademiyasında təlimlər keçirlər 18 May 2021, 11:55 Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48