Modern.az

İnfantino Azərbaycan millisi ilə görüşündən paylaşım edib

İnfantino Azərbaycan millisi ilə görüşündən paylaşım edib

İdman

Bu gün, 18:36

FIFA prezidenti Canni İnfantino Bakıda Azərbaycanın U-15 milli komandası ilə görüşü barədə paylaşım edib.

Modern.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı qeydlərdə Azərbaycan millisinin bir neçə həftə sonra ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına hazırlığını qeyd edib.

İnfantino Azərbaycan U-15 millisi ilə görüşünə sevindiyini bildirib. Qurum rəhbəri Bakıda yaradılmış gənclər futbolu infrastrukturu ilə tanış olduğunu diqqətə çatdırıb.

FIFA prezidenti gənc futbolçularla ünsiyyətin və Bakıda yaradılmış müasir futbol infrastrukturunun FIFA-nın hər bir istedada özünü göstərmək imkanı yaratmaq və gələcək nəsil üçün yeni inkişaf yolları açmaq öhdəliyini nümayiş etdirdiyini vurğulayıb.

Canni İnfantino paylaşımında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə də dəstəyinə və rəhbərliyinə görə təşəkkür edib.

O, Azərbaycan U-15 milli komandasına və AFFA-ya doğma meydanda tarix yazmağa hazırlaşdıqları turnirdə uğurlar arzulayıb.

Qeyd edək ki, FIFA U-15 Dünya Kuboku və Festivalı ilk dəfə 2026-cı ildə Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?