Modern.az

Lavrov: ABŞ Rusiya və Çinin maraqlarını nəzərə almağa məcburdur

Lavrov: ABŞ Rusiya və Çinin maraqlarını nəzərə almağa məcburdur

Aktual

Bu gün, 17:57

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ABŞ digər ölkələrin maraqlarını nəzərə almalı olacaq.

Modern.az xəbər verir ki, Lavrov bunu “Valday” klubunun XXIII illik toplantısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ hazırda öz birtərəfli maraqlarını irəli sürməyə çalışır. Lakin Rusiya və Çin kimi ölkələrlə təmas qurmağa məcburdur. Bu təmaslarda hər iki tərəfin maraqlarına cavab verən addımlar müzakirə olunur”, – nazir bildirib.

Lavrovun sözlərinə görə, “həyat məcbur edəcək” ifadəsi ilə məhz bunu nəzərdə tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?