Modern.az

Bakı-Şamaxı yolu oktyabrın, Baki dairəvi yolu isə ilin sonuna qədər istismara veriləcək

 Bakı-Şamaxı yolu oktyabrın, Baki dairəvi yolu isə ilin sonuna qədər istismara veriləcək

16 Sentyabr 2009, 20:04

Nəqliyyat nazirinin müavini Musa Pənahovun Modern.az-a verdiyi məlumata görə, Bakı-Şamaxı yolunun yenidənqurulması sürətləndirilib və və oktyabrın sonuna  qədər yolun istismara verilməsi gözlənilir. Onun sözlərinə görə, Böyük İpək Yolunun Kürdəmir-Ucar hissəsində də işlər qisa müddətdə başa çatdırılacaq: “Paytaxt üçün xüsusi əhəmiyyət daşıyan Bakı dairəvi yolu da ilin sonuna qədər istismara veriləcək. Ələt-Astara yolunun beynəlxalq standartlara uyğun yenidənqurulması isə hələ ilkin mərhələdədir”.

Nazir müavini qeyd edib ki, Ələt-Astara yolunun bir hissəsi 22-ci km, 8-ci km qədər artıq  hazırdı: “Burada əsas problem köçürmə məsələləridir. İnsanların mülkiyyətində olan hansısa tikililərin və əsas da torpaq sahələrin alınması da problemlər sırasında idi. Ancaq bu problemdə həll olunub. Nazirlər Kabinetinin sərəncamına əsasən tədbirlər aidiyyatı qurumlar tərəfindən aparılır. Yaxın vaxtda burada işlərin davam etdirilməsi nəzərdə tutulur”.

M.Pənahov Bakı-Tiflis-Qars dəmir yolu layihəsində ləngimələrə də münasibət bildirib: “Gürcüstan ərazisində dəhlizin keçəcəyi ərazisdə torpaq sürüşmələri əlavə işlərə səbəb olub. Əsasən sərhəddə yaxın hissədə sürüşmə zonası var. Gürcüstanla Türkiyəni birləşdirən   ərazidə tunelin  tikintisi nəzərdə tutulub. Həmin zona sürüşmə sahəsi olduğuna görə tunelin istiqaməti dəyişdirilib. Buna baxmayaraq, nəqliyyat dəhlizinin nəzərdə tutulduğu kimi, 2011-ci ildə istismara veriləcəyinə inanıram”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır