30 Avqust 2018, 16:30 | Ana Səhifə - Yazılar - Bayraq sevgisi
Bayraq sevgisi

Hidayət ELVÜSAL

2 Aprel döyüşləri zamanı Azərbaycanı bürüyən Bayraq dalğasını heç kəs unutmayıb. Acığını deyək - o günə kimi bu qədər Bayraq eyni vaxtda göylərdə qanadlanmamışdı. Ölkə başdan-başa Bayraq dənizini xatırladırdı. Həmin günlərdə bir daha birləşdik, bir yumruq olduq. Bir ağızdan Vətən dedik, Qələbə dedik. Və inandıq ki, “Bir kərə ucalan Bayraq bir daha enməz!” həqiqət imiş.

Bir neçə gün əvvəl Tovuzda baş vermiş hadisədən bəhs etdi. Sərhədə yaxın yerdə olan bəndin üzərindəki Bayraq bükülüb qalıbmış. Dalğalanmadan, tərpənmədən. Bunu görən keçmiş döyüşçü ermənilərin gözü qarşısında bəndin üzərinə qalxıb, o Bayrağı acmış və dalğalandırmışdı. Onun bu cəsarətindən şoka düşmüş ermənilər atəş açmağı belə ağıllarına gətirməmişdilər. Onlara göz dağı verən Azərbaycanın keçmiş döyüşçüsünü sadəcə olaraq izləmişdilər. Zənnimizcə bu mesaj ünvanına çatmışdı. Bayraq qürurdu, namusdu, müqəddəsdi!

Bir əhvalat yadıma düşdü. Cümhuriyyət savaşında Türk Ordusu İzmirdə əzib, dənizə tökür. Mustafa Kamal Paşa döyüş meydanını gəzir. Birdən gözü yerə atılmış toza-palçığa batmış yunan bayrağına sataşır. Əsgərlər onu ayaqlayır, o yan-bu yana keçib gedirlər. Paşa onlara yaxınlaşır:

- Yerdəki nədir, əsgər?

Türk əsgəri qürurla:

- Düşmən bayrağıdır, paşam!

Mustafa Kamal Paşa məzəmmətlə ona baxır:

- Görürəm düşmən bayrağıdır. Amma o bayraq həm də bir millətin qürurudur! Qaldır o bayrağı!

Mustafa Kamal Paşa buna görə böyükdür, yenilməzdir, əsl insandır və... Bursada şərəfsiz Köçəryanla qoşa oturub ermənilərlə keçirilən top oynamağa saat yarım baxanlar... qardaş dedikləri Azərbaycanın Bayrağını stadionun girişində millətin əlindən alıb, ayaqlar altına atdılar. Heç kəs məni qınamasın, bu şərəfsizliyi, yaltaqlığı, alçaqlığı heç vaxt unutmayacağam və yeri gəldikdə AKP-çilərə xatırladıram. O... düşmən bayrağı, bu da... qardaş(!!!) Bayrağı. Yox!!! Bunlar Qazi Mustafa Kamal Paşa Atatürkün mində biri də ola bilməzlər və ola da bilmirlər!

Amma o döyüşdən bir epizodu da xatırlatmaq istəyirəm. Türk Ordusu düşmənə qalib gəlir və İzmirə daxil olur. İşğalçıların talan etdikləri İzmiri al Bayraq dənizində görəndə hamı, Mustafa Kamal Paşa da heyrət içində qalır. Yerlilərdən birindən soruşur:

- Bu qədər bayrağı haradan almısınız?

Həmin adam cavab verir:

- Bu gördüyün al bayraqlar qız-gəlinin cehizliyidir, paşam. Gizlədib, bu ğünə saxlamışdılar. Qismət oldu. Bax eşidib, sevdiyimiz “İzmir marşı”nın tarixi budur – “İzmirin dağlarında çiçəklər açar...”

Əlbəttə, onu da bilirsiniz ki, indi bu marşı az qala qadağan etmək istəyirlər. Sanki qorxurlar, Atatürkün ayaq səslərini eşidirlər. O möhtəşəmliyin qarşısında acizliklərini dərk eləyirlər. O Bayraq indi Lələtəpədə, Cocuq Mərcanlıda dalğalanır. İndi bizim dağlarda da çiçəklər açır. İndi hər evdə üçrənğli Bayrağımız var. Şuşada, Laçında, Kəlbəcərdə, Göyçədə, Zəngəzurda dalğalanacaq Bayrağımız.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11 “Bu, ölümcül bir səhv idi” - Köçəryan müharibədən danışdı 5 Dekabr 2020, 01:00 Xocalıda itkin düşən üç nəfərin taleyi ilə bağlı videoreportaj 5 Dekabr 2020, 00:48 Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?