Modern.az

Türkiyə Cümhuriyyətində 82-ci vilayət yaradılacaq

Türkiyə Cümhuriyyətində 82-ci vilayət yaradılacaq

24 Sentyabr 2009, 12:33

Türkiyə Böyük Millət Məclisi tətildən qayıtdıqdan sonra ilk müzakirə edəcəyi  məsələlər sırasında bu ölkədə 82-ci vilayətin yaradılması da dayanır. Qeyd edək ki, hazırda qardaş ölkədə 81 vilayət var. Türkiyənin 82-ci vilayəti Alanya olacaq. Modern.az xəbər verir ki, təxminən iki ay öncə Alanyada səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı müzakirələr aparıb. Hələlik məsələ ictimaiyyətə açıqlanmasa da, prosesə start verilib. Yaxın aylarda Alanyanın Qazipaşa hava limanı fəaliyyətə başlayacaq. Bunun ardınca Alanyada vilayət strukturlarının yaradılmasına başlanılacaq. Bunula da Alanyanın bir bölgə olaraq Antalyadan asılılığına son veriləcək.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...