Modern.az

Quba Soyqırımı Məzarlığından ən son xəbərlər

Quba Soyqırımı Məzarlığından ən son xəbərlər

31 Avqust 2009, 11:48

Erməni vandallarının Qubada xalqımıza qarşı törətdikləri soyqırmın canlı sübutu  olan kütləvi məzarlıq yox olmaq təhlükəsindədir. Məzarlıq Qudyalçayın sahilində yerləşdiyindən ərazi demək olar ki, bütünlüklə nəmişlikdir. Bu da təbii ki, oradakı sümükləri tam sıradan çıxara bilər. Mütəxəssislər də bu fikirdədirlər. Artıq bu barədə Milli Elmlər Akademiyasının Arxeolgiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhraman Ağayev də həyəcan təbili çalıb. O, Modern.az-a bildirib ki, belə davam etsə, bir ildən sonra soyqırım məzarlıgından bir əlamət qalmayacaq.

Məsələ ilə baglı məzarlığa baş çəkən Modern.az saytının əməkdaşı doğrudan da orada təhlükənin artdığını müşahidə  edib. Belə ki, nəmişlik məzarlığın 2 metrlik ərazisində hər şeyi məhv edib.

Ərazinin mühafizəsinə gəlincə, artıq məzarlığı polis əməkdaşları deyil, mülki şəxslər qoruyur. Bizimlə söhbətləşən Rüstəm adlı mülki şəxs qeyd edib ki, əraziyə polis nəzarət edir, ancaq mühafizə işləri ilə mülki şəxslər məşğuldurlar. Eyni zamanda məlumat aldıq ki, bu il məzarlığın abadlaşması nəzərdə tutlmayıb.  

Qeyd edək ki, məzarlığa gedən yol nəzarətə götürülsə də, rayon mərkəzində məzarlıqla bağlı heç bir məlumat xarakterli bir lövhə belə yoxdur. Xatırladaq ki, indiyədək kütləvi məzarlıqda 400-dən çox insan sümüyü aşkarlanıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi