24Dekabr | Ana Səhifə - Yazılar - İosif Stalinlə Adolf Hitlerin dostluğu...
İosif Stalinlə Adolf Hitlerin dostluğu...

Firuz Mustafa

XX əsrin 30-cu illərinin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində həmin dövrdə Stalinlə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi.

1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə, Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. (Həmin dövrdə İohim fon Ribbentrop Almaniyanın Xİ naziri idi). Gizli pakt bağlanışından sonra alman qonaqlara Kremldə banket təşkil olundu. Stalin həmin banketdə Hitlerin və Gimmlerin sağlığına badə qaldırdı.

1939-cu ildə Alman xalqının əbədi füreri Adolf Hitler teleqram vuraraq, Sovet xalqının əbədi rəhbəri İosif Stalini anadan olmasının 60 illiyi münasibəti ilə təbrik etmişdi. Həmin təbrik elə həmin ilin 23 dekabrında “Pravda” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdu. Stalin öz ideya dostuna göndərdiyi teleqramda Alman- Sovet dostluğunun daimi olacağına inam bəslədiyini bildirirdi.

Bəli, tezliklə Avropanın “bölüşməsi” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlət bir-birini təbrik etdi.

17 sentyabr 1940-cı il tatixdə sovet və alman ordusu Brestdə birgə parad keçirdi.

Kommunizm və nasizm ideyaları zahirən bir-birinə yad olsa da, mahiyyətcə bir-birinə doğma idi. 

1939-41-ci illər arasında SSRİ Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.

Həmin dövrdə Sovet pilotları Almaniyada təlim keçirdi, birgə kimyəvi sınaqlar keçirilirdi, birgə tank və aviasiya məktəbləri fəaliyyət göstərirdi. 

Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. Düzdür, əvvəlcə almanlar hücuma keçdilər. Amma bu olmasaydı belə, gec ya tez ruslar almanların üzərinə hücuma keçəcəydilər.

Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları hücuma keçdi.

Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər... Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi.





MÜƏLLİFİN DİGƏR YAZILARI
Misir Mərdanov özünü oliqarx hesab etmir - VİDEO 19 Sentyabr 2019, 15:13 Fuad Qəhrəmanlının qızı ondan imtina etdi 19 Sentyabr 2019, 15:11 AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı hərəkətə keçdi   19 Sentyabr 2019, 14:58 Ağdaş sakinindən ov tüfəngi götürüldü 19 Sentyabr 2019, 14:56 Gürcüstanda 80 Azərbaycandilli, 117 ermənidilli məktəb fəaliyyət göstərir 19 Sentyabr 2019, 14:47 İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!” 19 Sentyabr 2019, 14:27 Sabirabadda qarayarayara tutulanlardan təzə XƏBƏR VAR 19 Sentyabr 2019, 14:20 İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR 19 Sentyabr 2019, 14:07 Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək 19 Sentyabr 2019, 13:59 Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF 19 Sentyabr 2019, 13:58 İnstitut direktoruna ağır itki üz verib 19 Sentyabr 2019, 13:57 Polis cibgir qadını saxladı 19 Sentyabr 2019, 13:56 Putin Paşinyanın görüş təklifini rədd etdi 19 Sentyabr 2019, 13:52 Yasamalda ağac kəsildi - Nazirlik hərəkətə keçdi 19 Sentyabr 2019, 13:50 Hüseyn Abdullayevə cəza istənildi - təcili yardım çağırıldı 19 Sentyabr 2019, 13:45 “O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR 19 Sentyabr 2019, 13:27 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ 19 Sentyabr 2019, 13:11 Pərviz Şahbazov: “Azərbaycanda elektrik enerjisinin 92 faizi təbii qazdan əldə edilir” 19 Sentyabr 2019, 13:11 Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA 19 Sentyabr 2019, 13:01 Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI 19 Sentyabr 2019, 12:57 Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir” 19 Sentyabr 2019, 12:55 Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIB 19 Sentyabr 2019, 12:49 İmişlidə qadın və oğlu özlərini çaya atmaq istəyib 19 Sentyabr 2019, 12:45 Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar - ADLAR 19 Sentyabr 2019, 12:40 Bakıda gəlin qayınanasını ÖLDÜRÜB 19 Sentyabr 2019, 12:17 “Pensiya artımı parlamentin təqaüd yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli 19 Sentyabr 2019, 11:58 Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu 19 Sentyabr 2019, 11:53 Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasında 19 Sentyabr 2019, 11:50 220 kV-luq yarımstansiyalar yenidən qurulur - VİDEO 19 Sentyabr 2019, 11:42 Nazir müavini: “Sərhədlərlə bağlı komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək” 19 Sentyabr 2019, 11:38 Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO 19 Sentyabr 2019, 11:30 Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir” 19 Sentyabr 2019, 11:22 Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır” 19 Sentyabr 2019, 11:19 Qubada evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu   19 Sentyabr 2019, 11:09 Zakir Həsənov təlimlərlə bağlı müşavirə keçirib - VİDEO 19 Sentyabr 2019, 10:51