03Fervral | Ana Səhifə - Yazılar - Sizə “əhsən!” düşür, SOCAR!
Sizə “əhsən!” düşür, SOCAR!

Mülatif Adurov,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 
veteran telejurnalist


Bir vaxtlar “Palmali” Şirkətlər Qrupunun nəcib bir təşəbbüsü – tərsanələrdə yeni inşa edilmiş gəmilərə, xüsusən iritutumlu tankerlərə Azərbaycanın məşhur şəxsiyyətlərinin, Azərbaycan güşələri ilə  bağlı adların verilməsini hər bir azərbaycanlı dərin iftixar hissi ilə qarşılayır, Şirkətlər Qrupunun bütün heyətinə, onun prezidenti Mübariz Mənsimova hədsiz minnətdarlıq edirdi. Necə də sevinməyəsən! Görün hansı gəmilərin adları kimlərin adına idi – dahi öndər Heydər Əliyevin, yazıçı Mircəlal Paşayevin, sərkərdə Həzi Aslanovun, Xankəndinin... Siyahı çox uzun olduğu üçün mətləbi uzatmaq istəmirəm. Nəhayət, 2015-ci  ildə “Poet Qabil” adlı tanker tərsanələrdən birində təntənəli mərasimlə suya salındı. O gündən dünyanın müxtəlif okeanlarında “Poet Qabil” gəmisi də üzməyə, bununla da sevimli şairimizin adını yaymağa və yaşatmağa başladı. Təkrar edirəm ki, qürur və fəxr duyardıq bununla! “Palmali”yə dönə-dönə təşəkkür edirdik.

Onu da deyim ki, Azərbaycanlı məşhurların və ölkəmizin güşələrinin adlarının gəmilərə verilməsi mərasimlərinnin əksəriyyətində bu sətirlərin müəllifi də iştirak etməkdən məmnun qalmışdır. Şair Qabilin adının  yaşadılması isə mənə dah böyük sevinc bəxş etmişdir.

Hər bir azərbycanlı yazıçı və şairin adı məşhur şəxsiyyət kimi çox sevilir. Çox sevinənlər arasında isə çox oxunan yazıçı və şairlər də olur. Qabil İmamverdiyev belələrindən idi, onun özü və yaradıcılığı ümumxalq liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir, həm də dönə-dönə, qəlbən, dillər əzbəri olan misralarının səsləndirilməsi ilə!

Heyif  ki ,SOCAR yıxdı-sürüdü bu dəyərləri. Onun Qabilə münasibətini başqa cür qiymətləndirə bilmirəm. “Palmali” Şirkətlər Qrupunun beş gəmisinin adı dəyişib. Gəmilər SOCAR-a verilib. Onlar arasında “Poet Qabil” da var. Gəmilərin sahibi dəyişəndən sonra adlarının dəyışilməsi standart prosedurdur. Ancaq bir fakt aydın deyil ki, “Poet Qabil” adının ləğvi hələlikdirmi, həmişəlikdirmi? 
SOCAR isə bundan istifadə edərək gəmiyə “Blue Lake Star” (tərcüməsi “Göy Göl Ulduz”) verilib. SOCAR-ın ictimaiyyətlə əlaqələr qurumunun əməkdaşı İbrahim Əhmədov  bu xəbəri  tələm-tələsik oxuculara çatdırıb.

Ürəkdən fəxr etdiyimiz “Qabil İmamverdiyev” tankerinin “Göy Göl Ulduz” adı ilə adlandırılması hansı məntiqə xidmət edir? Deməli, “Göy Göl Ulduz” dünya okeanlarında üzəndə elə biləcəklər ki bu “Poet Qabil” gəmisidir? “Əhsən” belə dəyərə, əhsən SOCAR-a! Bu bizim xaricdəki yaxınlarımızın diqqəti, hörməti, bu da özümüzün (bu sözü deməyə adamın dili gəlmir) SOCAR-ı!!!

SOCAR-dan :“Gəmiyə füsunkar ad vermişik”. Əla! Sağ olun! Göy Göl də bizimdir, fəxrimizdir. Bəs Qabil nə oldu? Şairə sədaqətiniz, hörmətiniz bu qədərmiş?!

İnanmıram ki, SOCAR rəhbərliyinin bundan xəbəri var ...

Görək SOCAR-ın bu qayğıkeşliyinə onun fəaliyyətinə nəzarət edənlər hansı qiyməti verəcəklər? Gözləyək...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… 16 Oktyabr 2019, 08:46 Jurnalistlərin axtardığı yaxşı sosioloqlar 10 nəfərə belə çatmır - ADLAR 16 Oktyabr 2019, 08:29 Azərbaycanda qadınlarının doğuşunu izləmək istəyən kişilər az deyilmiş 16 Oktyabr 2019, 08:18 Avro-2020nin seçmə mərhələsində 8-ci tur yekunlaşdı - NƏTİCƏLƏR 16 Oktyabr 2019, 08:05 Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40