19 Oktyabr 2021, Çərşənbə axşamı
23 Fevral 2019, 12:55 | Ana Səhifə - Yazılar - “Fevral ildırımı” - Qazaxıstanda Xocalı HARAYI
“Fevral ildırımı” - Qazaxıstanda Xocalı HARAYI

Aida Eyvazlı


Qazaxıstandakı soydaşlarımız və digər millətlərin nümayəndələri qardaş yurdda bir ilkə imza atıblar. Onlar Xocalı faciəsini dünyaya ictimaiyyətinə  öz musiqi qruplarının hazırladıqları mahnı ilə çatdırmağa qərar veriblər. “Xocalıya Ədalət” istəyiblər.

Əvvəldə də qeyd etdiyim kimi klipin ərsəyə gəlməsində  Qazaxıstanın  müxtəlif şəhərlərindən olan gənclər iştirak ediblər. Klipdə mahnını bir azərbaycanlı var, o da mahnının sözlərinin müəllifi və ifaçısı Nelya Quliyeva. Nelya Quliyeva Qazaxıstanda doğulub.

Klipi internet saytlarında izlədikdən sonra , yaradıcı qrupla telefon əlaqəsi saxladım. Soydaşımız Nelya Quliyeva dedi ki, o, dünyanı anlamağa başlayandan Xocalı faciəsindən xəbərdardır:

“Bu dərd hər zaman mənim qəlbimi göynədib. Və bir gün bu dərdi şerə və mahnıya çevirmək istədim. Qazaxıstanda yaşayan dostlarıma müraciət etdim. Onlar mənim dərdimi anladılar.  Axı Xocalı soyqırımı  dünyada insanlığa qarşı törədilən,    Qazaxıstan və Ukraynada 1930-cuu illərdən başlayan Aclıq  soyqırımı,  İsraildəki Holokost, Kombodja və Ruandadakı etnik təmizləmə soyqırımı və Bosniyadakı Serebrenitsa ilə eyni soyqırımıdır. İndi bir az rahatm ki, bəlkə bu kliplə dünya bizi eşidər”.

Rejissor Alen Niyazbekov və bəstəkar  Azat Ospanov isə Xocalı soyqırımına həsr etdikləri kliplə  XXI əsrdə dünyanı bu cür qətliamlardan uzaq olmağa çağırdıqlarını deyirlər:

“Biz istəmirik ki evlər yansın, biz istəmirik ki, Xocalıda olduğu kimi başqa şəhərlər də yer üzündən silinsin. Xocalı insanlığa qarşı törədilmiş çox ağır cinayətdir. Biz inanırıq ki, dünya bu klipi dostluğa, sülhə-əminamanlığa çağırış kimi qəbul edəcək. Biz özümüz istədik ki, hazırldığımız klipi ilk dəfə Azərbaycanın Qazaxıstandakı səfirliyində təqdim edək.  Klipin təqdimatı həm də Almatı, Aktau və Atırau şəhərlərində də keçiriləcək”.

“Fevral ildırımı” adlı kliplin  ərsəyə gəlməsində  həmyerlimiz, məşhur tarzən  Şəhriyar İmanov, aranjimançı  Azilxan Jumaliyev, prodüser Dana Rıskeldinovanın da əməyi var... Klipin rejissoru Alen Niyazbekov qara və qırmızı rənglərdən qaçaraq, klipi  ağ fonda çəkib, ağ paltarlı qızların rəqsi, ağ buludlar...

Ağ paltarlı qızlar Xocalıda yandırılan, parçalanan insanların ruhlarıdır. Ağ paltarlı qızlar, mələklərdir! Bütün bunlarla  yaradıcı qrup  Xocalıda həlak olanların günahsız ruhlarını ifadə etmək istəyiblər.  Əlbəttə “Xocalıya Ədalət” harayımızı illərdən bətri qara və qırmızı rənglərlə nə qədər yaysaq da, bu rənglərdə görmək istəmirlər. Bu rənglərin harayını görmürlər, eşirmirlər. Çünki analara qara paltar geyindirən, günahsız insanların qanını axmasına səbəb olan, silah alıb, silah satan, bununla da özlərinin hakimiyyətini möhkəmləndirən  dünya liderləri Xocalıdakı qara və qırmızı rəngə allergiyaları var. Bu qan və qaranlıq rəngi onların vicdanlarını oyatmır. 27 ildir ki, “Xocalıya Ədalət!” deyib haray çəkirik, harayımız eşidilmir. 



“Fevral ıldırımı” klipinin yaradaıcı  heyəti ağ rənglərin təsiri ilə insanları ağ mahnıya, ağ ruhlara baxmağa məcbur edəcəklər. Bu ağın içərisində qaranı və qırmızını görəcəklər. Dünyaya harayımızı belə çatdıraq. Nelya xanım Quliyevanın mahnısının sözləri belə bir mənanı ifa edir:

Uca  dağların qoynunda,

Qarabağ bir cənnət idi.

Yaşıl dərədəsində axan çaylarla,

Türklərin yurdundan nişan verirdi.

 

Heç kim  bilmirdi ki, bir fevral günü

İldırım çaxacaq cənnət diyarda.

İşıqlar sönəcək pəncərələrdə,

Ocaq çatacaqlar düşmənlər burda

Türkü yandıracaq  qaynar ocaqda.

 

613 ruh göydə sərgədan
Fırlanır  şəhərin başının üstə

Ruhun harayını kimsə eşitmir,

Daş da qalmayıbdır daşının üstə.

 

Ruhlar yerə enib  evlərdə gəzir

Beşık arayırlar,  layla çalırlar.

Rular danışırlar, qışqırışırlar:

Qoymayın ocaqda yanan balamdı,

Anamın başını kəsir düşmənim.

Ruhlar ağlayırlar, haray çəkirlər

Niyə eşitmirsiz səsimi mənim?...


Nə vaxt eşidəcək bəs dünya bizi,

Dünyaya deyin ki, bizi qırıblar,

Soyqırımı ediblər soyuq gecədə,

Bizim yurdumuzu yağmalayıblar.

Bizi qaytarınız öz evimizə,

Bizi qaytarınız öz yuvamıza.

Deyirlər Ədalət qalib gələcək,

Ancaq Xocalıda kimsə oyanmır.
(tərcümə: A.Eyvazlı)

 


“Fevral ildırımı” mahnısı Qazaxıstan ictimaiyyətinin xalq layihəsi olaraq 25 fevraldan 26 fevral tarixinə keçən gecə erməni hərbi birləşmələri tərəfindən etnik təmizləmələrə və soyqırıma məruz qalmış Azərbaycanın Xocalı şəhərinin əhalisinə qarşı ədalətin bərqərar olunmasına bir çağırışdır. Bir gecə ərzində 613 nəfər -  qadınlar, uşaqlar və qocalar da daxil vəhşicəsinə öldürülüb. Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş mahnı qisas almaq məqsədi daşımır, bu musiqili əsər sülhün manifestidir.   Ağ sülh rəngidir, ağ günhasız ruhların rəngidir, ağ körpələrin ruhu, gəlin duvağı örtməyən qızların  arzularıdır. Ağ Xocalıda soyqırımına məruz qalan körpələrin, qocaların, anaların, ataların, qardaşların, nənələrin, babaların, bibilərin, xalaların, dayıların, əmilərin  ruhlarının rəngidir…

Qazaxıstanlı yaradıcı kollektivin ərsəyə gətirdiyi bu klip yəqin ki,  susan vicdanları,  dünyanı  daş yuxusundan oyadacaq.

Belə gözəl bir klipi ərsəyə gətirdikləri üçün yaradıcı qrupa mən də öz adımdan minnətdaram!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Formula 1 Bakıda gələn il bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06