Modern.az

Oğurlanan rəsmləri tapana 1 milyon dollar mükafat veriləcək

Oğurlanan rəsmləri tapana 1 milyon dollar mükafat veriləcək

Dünya

30 Sentyabr 2009, 14:19

Amerıkanın Pebble Beach şəhərində incəsənət əsərlərindən ibarət şəxsi kolleksiyayay malik bir nəfər sakinini xeyli qiymətli eksponatı oğurlanıb. ABŞ mətbuatının yazdığına görə, oğrular Renuar, Van Qoq, Miro, Matiss, Rembrant və Pollokın əsərləri olan 13 olduqca dəyərli rəsmi oğurlayıblar.
Bu əl işlərinin ümumi dəyəri müəyyən olunmayıb, lakin bildirilir ki, təkcə Pollokun bir əsəri 40 milyon dollar dəyərindədir.
Kolleksiya sahibləri oğurlanan rəsmlərin qaytarılmasına görə, 1 milyon dollar mükafat təklif edirlər.
Hazırda yerli polis və xüsusi xəfiyyə agentləri oğurluq hadisəsilə bağlı araşdırma aparır

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı