7 May 2019, 15:55 | Ana Səhifə - Yazılar - Türkiyədəki siyasi gərginliklər fonunda təkrarlanacaq İSTANBUL SEÇKİLƏRİ
Türkiyədəki siyasi gərginliklər fonunda təkrarlanacaq İSTANBUL SEÇKİLƏRİ

Babək Ağayev

Dünən, 6 may tarixində Türkiyənin Yüksək Seçim Qurumu (YSK) 31 martda baş tutan bələdiyyə seçkilərinin İstanbul üçün yenidən keçirilməsinə qərar verdi. Verilən qərar Türkiyə və dünyanın əksər media qurumlarının əsas xəbəri oldu. O cümlədən Azərbaycanın...

Çünki heç şübhə doğurmur ki, İstanbulda seçkilərin yenilənməsi haqda qərar Türkiyədə onsuz da gərgin olan siyasi atmosferi bir az da gərəcək və əslində bu gərginliyin artması son nəticədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zərərinə işləyəcək.

Məsələ burasındadır ki, bələdiyyə seçkilərinin keçirilməsindən 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, dünənki YSK qərarına qədər İstanbulun nəticələri üzərində mübahisələr bitməmişdi. İstanbul seçkilərinin nəticələri elan edildiyi andan hakim AKP fövqəladə etiraz hüququndan istifadə edəcəyini bəyan etmişdi. Buna rəğmən 17 aprel tarixində İstanbul Dairə Seçki Komissiyasının AKP-nin etirazının nəticəsini və YSK-nın qərarını gözləmədən Əkrəm İmamoğluna bələdiyyə sədri sənədini verməsi səhv addım idi.

Dairə Seçki Komissiyası tərəfindən bu qərarın qəbul edilməsi AKP-ni bir növ çıxılmaz vəziyyətdə qoymağa hesablanmışdı: nəticələrə etiraz edib, seçkilərin təkrarını təmin etməklə əlavə gərginliyə səbəb olmaq ya da etiraz etmədən bütün pozuntularla nəticələri qəbul etmək. Hər iki variantda hakim partiya “qan itirəcək” idi. AKP birinci variantı seçdi və bu seçimində israrlı davrandı. Nəticədə seçkilərin təkrarlanmasına nail oldu. Bu, AKP-yə, prosesi uğurlu idarə edib, daha düzgün seçki kampaniyası qurarsa, İstanbulu yenidən geri qazanmaq şansı verir.

Lakin təkrarlanan seçkilər özü-özlüyündə hakim partiya və şəxsən Ərdoğan üçün böyük risklər də daşıyır. Hazırda Türkiyə ətrafında formalaşmış regional siyasi reallıqlar o qədər də ürəkaçan deyil. S-400 raket sistemləri məsələsi başda olmaqla İraq, Suriya, Fələstin, Venesuela və sair məsələlərlə bağlı ABŞ-la mövcud gərginlik, Avropa İttifaqı ilə danışıqlardakı uğursuzluq və formalaşan sərt ritorika, İsrail, BƏƏ və Səudiyyə Ərəbistanı ilə əlaqələrdəki qopmalar, qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən son qərardan sonra rəsmi Parislə gərilmələr qardaş ölkə ətrafında siyasi vəziyyəti olduqca mürəkkəbləşdirib. Bunlarla yanaşı, lirənin dollar və avro qarşısında son 2 həftədə yenidən 20 %-dək dəyər itirməsi (seçkilərdən sonra lirə dollar və avroya qarşı məhz 20 %-ə qədər güclənmişdi), ölkədaxili gərginliyi daha da artıran səbəblərdəndir. Bütün bunların fonunda seçkilərin yenidən keçirilməsi AKP-nin daha böyük fərqlə də uduzmasına səbəb ola bilər. Çünki müxalifət və ölkədən kənar qüvvələr (məsələn, Avropa Parlamentinin Türkiyə üzrə daimi məruzəçisi Kati Pirri) artıq bu qərarı AKP-nin inzibati resursları istifadə etməklə İstanbulu “zorla” özünə qaytarmaq cəhdi kimi qələmə verməyə başlayıb. Bu, seçicilər üzərində əks təsir yaratma potensialı olan bir kampaniyadır. İstanbulun təkrarlanan seçkilərdə itirilməsi AKP-nin 2023-cü ildə keçirilməsi nəzərdə tutulan ümumi seçkilərə qədər reytinqini itirməsinə səbəb ola bilər.

Türkiyədə belə bir siyasi şuar var: İstanbulu itirən, Türkiyəni itirər. İndiki halda proqnoz vermək, yumşaq ifadə ilə, siyasi savadsızlıq olar, lakin görünən odur ki, əgər AKP-MHP ittifaqı 23 iyunda baş tutacaq təkrar seçimləri qazana bilməzsə, Türkiyədə solçu siyasi görüşə sahib partiyaların 20 il sonra yenidən güc qazanması prosesi başlayacaq.

Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları – FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54 Xudavəng monastrına vaiz təyin olunub 5 Dekabr 2020, 13:45 Qarabağda Türkiyə ilə xüsusi iqtisadi zona yaradılsın - TƏKLİF 5 Dekabr 2020, 13:32 “Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu 5 Dekabr 2020, 13:24 50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO 5 Dekabr 2020, 13:16 Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram GÜNLƏRİ 5 Dekabr 2020, 11:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?