5 Sentyabr 2019, 11:59 | Ana Səhifə - Yazılar - Qorxularım haqqında - sağrıma vurulan iynələr...
Qorxularım haqqında - sağrıma vurulan iynələr...

Vasif İsmayıl

Mənim bu dünyada bir qorxum var... sağrıya vurulan iynə.

Bəli, özüm həkim olsam da, kimlərəsı sağrı nahiyyəsindən iynə vursam da,..... özümə sağrıdan iynə vurulmasına icazə vermirəm....qorxuram.

Bunun çox sadə bir səbəbi var.

Sağrıdan iynə vurulması mənə erməniləri xatırladır.

Bəzilərinizin həyatına erməni ölüm gətirib - elə mənim də...

Amma bu dünyada yeganə qorxunu (məndə hətta Allah qorxusu da yoxdur) bir erməni....tibb bacısı hədiyyə edib. Etməz olaydı.

Uşaq vaxtımdan burnumda çəpər əyriliyi var idi deyə, tez-tez haymorit keçirirdim. İldə 3-4 dəfə xəstələnir, elə hey zarıyırdım.

Hələ məktəbli ikən, 1988-ci ildə o vaxtkı Şaumyan rayonu Şəfəq kəndində dincələrkən yenə haymorit tutdu. Bir neçə gün əziyyət çəkəndən sonra qohumlarım məni Şaumyan rayon xəstəxanasına yatırdılar. Həkimim öz qohumum Aydın dayı idi.

Palatada 4 nəfər idik. Bir safıkürdlü oğlandan başqa, 2 erməni də var idi. Sergo dayı və Albert. Sergo dayı yaşı 80-i adlamış ahıl bir kişi idi. Kataraktı var idi. Gözündən əməliyyat gözləyirdi. Albert niyə yatırdı - orasını xatırlamıram.

Safıkürdlü oğlan 2 günə sağalıb evinə getdi. Bütün şöbədə tək azərbaycanlı mən qaldım.

13 yaşında oğlan.

Aydın dayı mənə penisillin təyin etmişdi. Şöbənin tibb bacısı var idi, adını unutmuşam, yekəpər erməni qadın idi. Mənə hər gün 2 dəfə sağrıdan penisillin vururdu.

Amma çox ağrıdırdı. Hər iynədən sonra saatlarla ağlamaq tuturdu məni.

İnsan o yaşda hər ağrını təfsilatı ilə xatırlayır.

Bir dəfə şöbəyə Moskvadan bir erməni qızı gəlmişdi - Sveta. Atası erməni, anası rus idi. Sergo dayını əməliyyat etmək üçün Moskvadan gəlmiş həkim onu da özü ilə bərabər gətirmişdi.

Mənə bircə dəfə o iynə vurdu.

Svetanın vurduğu iynə məni heç ağrıtmadı...mən də yeniyetmə ağlımla Svetaya aşiq olduğum üçün belə olduğunu düşünürdüm.

Yanılmışam...

Sizə qəribə gələcək, amma... Beş gün sonra məni təcili xəstəxandan alıb evə gətirdilər. Evdə alt paltarımı çıxaranda işin sirri bəlli oldu.

Alt paltarımın sağrı nahiyəsində hər iki tərəfdə böyük qan ləkələrii var idi.

Bəlkə də başa düşməzsiniz, amma uşaq ağlımla dönüb heç vaxt alt paltarıma baxmırdım. O vaxt hər gün alt paltarı dəyişmə adəti də yox idi. Həftədə bir dəfə hamama gedirdik.

O zaman o erməni tibb bacısının mənim üzümə baxaraq söylədiyi sözləri xatırladım...

-Sən türksən, sənin qanın bizə halaldır.

Küt iynə ilə penisillin vururmuş… insanlıq düşməni.

Bir də Sergo dayının məni dayıma təslim edərkən dediyi sözləri xatırladım...

-Vasif, oğlum, sən evə get. Mən, sənə bal göndərəcəm.

Məsələnin kökü bir il sonra aydın oldu. Məgərsə, Sergo dayı gecələr yatmır mənim başımda keşik çəkirmiş. Nə isə eşidibmiş deyəsən, ailəmi çağırıb məni oradan uzaqlaşdırmalarını istəyib. Əbülfət dayım danışırdı ki, Sergo dayı “yaşlı adamam, gecələr yatmamaq mənə pis təsir edir, bunu evə aparın!” deyibmiş.

Ondan sonra heç kəs mənə sağrıdan iynə vura bilmir. Öz gözüm görərək hətta məni kəsə də bilərsiniz....amma sağrıdan iynə...əsla!

P.S. Nə vaxtsa Sergo dayıdan yazacam. O mənə erməni-müsəlman davasının bütün detallarını danışmışdı.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ter-Petrosyan Rusiya səfiri ilə görüşdü 27 Sentyabr 2021, 18:04 Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub - FOTO 27 Sentyabr 2021, 18:03 Xarici İşlər Nazirliyində şəhidlər yad edilib 27 Sentyabr 2021, 17:59 Zakir Həsənov Muhsin Dereni təltif etdi - FOTO 27 Sentyabr 2021, 17:58 “Azərsu”da şəhid ailələrin iştirakı ilə tədbir keçirilib - FOTOLAR 27 Sentyabr 2021, 17:57 Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu   27 Sentyabr 2021, 17:55 İlham Əliyev Rusiyanın Ermənistanı silahlandırmasından DANIŞIB 27 Sentyabr 2021, 17:54 “Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq 27 Sentyabr 2021, 17:48 Şuşada anım tədbiri keçirildi - FOTOLAR   27 Sentyabr 2021, 17:43 Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ 27 Sentyabr 2021, 17:40 Azərbaycan vətəndaşları doğuş üçün ən çox bu ölkəyə ÜZ TUTUR 27 Sentyabr 2021, 17:36 Nərimanovda Anım Günü tədbirləri keçirilib - FOTOLAR   27 Sentyabr 2021, 17:30 Şəhid övladlarımız heç vaxt unudulmayacaq - FOTO 27 Sentyabr 2021, 17:26 Azad olunan ərazilərdə daha 78 mina tapıldı 27 Sentyabr 2021, 17:22 Baş Prokurorluqdan VİDEOMÜRACİƏT 27 Sentyabr 2021, 17:17 İran Azərbaycanla quru sərhədlərini açır 27 Sentyabr 2021, 17:12 Almaniyada bu partiyalar koalision hökumət qurmağa HAZIRLAŞIR 27 Sentyabr 2021, 17:06 Ağsaqqallar Şurasından xalqa müraciət 27 Sentyabr 2021, 17:03 Bakıda qadın meyiti tapıldı 27 Sentyabr 2021, 16:59 “Azəriqaz”dan növbəti “Açıq mikrofon” aksiyası 27 Sentyabr 2021, 16:54 “Prezident Azərbaycanın dünya üçün əhəmiyyətini göstərdi” 27 Sentyabr 2021, 16:48 Şəhid Mübariz İbrahimov məktəbi İstanbulda QAZİLƏRİMİZLƏ 27 Sentyabr 2021, 16:44 1 gündə 630 nəfərə peyvənd vurulub 27 Sentyabr 2021, 16:40 Daha 1241 nəfər koronavirusdan sağaldı, 19 nəfər öldü 27 Sentyabr 2021, 16:39 Ordumuz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydu 27 Sentyabr 2021, 16:37 Avronest PA-nın Büro iclası keçirildi 27 Sentyabr 2021, 16:34 Azərbaycanda vaksin sınağı: Koronavirusdan müdafiə 4 dəfə artdı 27 Sentyabr 2021, 16:32 Yol polisi sürücülərə müraciət etdi 27 Sentyabr 2021, 16:28 Naxçıvanda şəhidlərin xatirəsi yad edilib 27 Sentyabr 2021, 16:24 Bakının Baş Planından yeni xəbər var - RƏSMİ 27 Sentyabr 2021, 16:20 Şəmkirdə 27 sentyabr Anım Günü tədbiri keçirilib - FOTOLAR 27 Sentyabr 2021, 16:17 Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu 27 Sentyabr 2021, 16:13 Prezident və birinci xanım yürüşdə iştirak etdi - FOTOLAR - YENİLƏNİB 27 Sentyabr 2021, 16:11 Antrim şəhərində şəhidlərimiz anıldı - FOTO 27 Sentyabr 2021, 16:08 Füzulidə “27 sentyabr - Anım günü” qeyd edilib 27 Sentyabr 2021, 16:05
SORĞU Hansı vaksinə etibar edirsiniz?