30 Sentyabr 2019, 11:24 | Ana Səhifə - Yazılar - Azərbaycana verilən beynəlxalq dəyər
Azərbaycana verilən beynəlxalq dəyər

Elman Babayev


“Doing Business 2020”- ölkəmizdəki davamlı islahatlara kənar və tam tərəfsiz baxış  

 

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Hesabata istinad etsək, ölkəmiz 4 sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb;

-         əmlakın qeydiyyatı;

-         kreditlərin alınması;

-         minoritar investorların hüquqlarının qorunması;

-         müqavilələrin icrasının təmin edilməsi.


Hesabata əsasən, paytaxtın Bakının kadastr xəritəsinin tərtib olunması və hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.

 

Ümumiləşdirsək və daha sadə dillə ifadə etsək, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulmaq mümkündür. Əhali ilə ünsiyyətdə prosedurların sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması hesabatı hazırlayanların diqqətini cəlb edən əsas amillər kimi çıxış edir.

Bu isə “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksələn Azərbaycanın növbəti hesabatda da layiqlı yerdə qərarlaşmasına təsir edib.

Hesabat Azərbaycandakı davamlı islahatlara kənar və tam tərəfsiz baxış olmaqla, həyata vəsiqə qazanan yeniliklərin beynəlxalq qurumların diqqətindən yayınmamasının əyani göstəricisidir.

İslahatların davamlılığı baxımından ölkəmiz son illәrdә yeni vә daha intensiv mәrhәlәni yaşayır. Prezident İlham Əliyev islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək daha əlçatan və əhali məmnunluğuna hesablanan siyasәt strategiyası hәyata keçirir. Qәbul edilən fundamental qәrarlar, imzalanan sәrәncamlar sırf әmәli fәaliyyәtә, praqmatizmә söykәnib, reallığa adekvat xarakter daşıyıb.

İctimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması Azәrbaycanı Cәnubi Qafqaz regionunda böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirib. Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır. Təkcə son üç ilin sosial-iqtisadi yekunlarının tәhlili isbat edir ki, Azәrbaycan Prezidenti ölkәnin qarşısında duran problemlәri vә onların hәlli yollarını düzgün müәyyәnlәşdirib, bu yöndә әmәli tәdbirlәr hәyata keçirib.

Şәffaflığını artırılması mәqsәdilә həm idarəetmədə, həm qanunvericilkdə islahatların gerçəkləşdirilməsi, әhalinin güzəranının yaxşılaşdırılması, kommunal islahatların aparılması, sahibkarlığın inkişafına mane olan amillәrin aradan qaldırılması kimi mühüm mәsәlәlәrin həlli üçün atılan addımların əyani şahidiyik. Son 4-5 ildə icra strukturları tәrәfindәn vәtәndaşların narazılığına səbəb olan bir sıra problemlərin həlli üçün görülən tədbirlərin əhatə dairəsi də kifayət qədər genişdir.

Qeyri-neft sektorunun möhkәmlәnmәsinə, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılmasına, sosial infrastruktun yenilәşdirilmәsinə, özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt mövcuddur.

Bir sözlə, Azәrbaycanın son illәrdә әldә etdiyi zәngin tәcrübә analoji inkişaf yolunda olan digәr ölkәlәr üçün dә model rolunu oynamaqdadır.

Bütün bunlar isə beynəlxalq dəyərlə tamamlanmaqdadır. “Doing Business” hesabatında Azərbaycanın 20 ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən ən yüksək qiymətdir.

Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında Azərbaycanın ən islhatçı ölkələrdən biri kimi yer alması xarici investisiyaların cəlb edilməsində, Azərbaycanın iqtisadi imkanlarının tanıdılmasında mühüm faktor kimi çıxış edəcək.

Bu, həm də ölkәmizin islahatlarda qabaqcıl mövqeyi barәdә beynәlxalq alәmdәki rәyin daha da möhkәmlәnmәsinə gətirib çıxaracaq. Azərbaycanın beynәlxalq imicinin daha da güclənməsinə təkan verəcək.

Prezident İham Әliyev islahatları davam etdirmək əzmindədir. Görünən və sevindirici hal odur ki, iqtidar üçün həyata keçirilən islahatların daha da dərinləşdirilməsi proritetdir. Bu siyasәt isə Azәrbaycanı günü-gündәn daha böyük iqtisadi uğur vә nailiyyәtlәrә yaxınlaşdırmaqla, insanların maddi rifah halının yüksәlmәsinә, vətəndaş məmnunluğunun artmasına sәbәb olacaq.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52