Türkiyədə azərbaycanlı sürücü qəzadan sonra saxlanılıb.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Alanyanın Atatürk prospektində qeydə alınıb.
Tayfun Arlının idarə etdiyi motosikletlə Azərbaycan vətəndaşı B.S.-nin idarə etdiyi yük avtomobili toqquşub. Zərbənin təsirindən yük avtomobili motosikleti bir neçə metr sürükləyib. Nəticədə motosiklet sürücüsü ağır yaralanıb.
Qəzadan sonra yük avtomobilinin sürücüsü B.S.-nin hadisə yerindən qaçdığı məlum olub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində o, qısa müddətdə yaxalanıb.
Xəstəxanada müalicə alan Tayfun Arlı həkimlərin bütün səylərinə baxmayaraq ölüb.
Qəza ilə bağlı araşdırma başladılıb. Yük avtomobilinin sürücüsü B.S. polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.


İlyas Turan