Modern.az

Zirzəmidə yıxılıb çarəsiz qalan belə xilas olundu - VİDEO

Zirzəmidə yıxılıb çarəsiz qalan belə xilas olundu - VİDEO

Hadisə

Bu gün, 19:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 48 yaşlı Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən Z. Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?