Modern.az

5 milyon manatlıq istiqraz satılır

5 milyon manatlıq istiqraz satılır

5 Oktyabr 2009, 20:20

Oktyabrın 8-dı Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İpoteka Fondunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istiqrazlar cari qiymətlə (100,9500) satışa çıxarılacaq.
İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi 10 may 2016-cı ilədəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankıdır.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və hərraca bu günədək 33 000 000 AZN həcmində istiqraz yerləşdirilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub