Modern.az

Bir milyondan çox pensiyaçı plastik kartdan istifadə edir

Bir milyondan çox pensiyaçı plastik kartdan istifadə edir

6 Oktyabr 2009, 13:27

Azərbaycanda əmək pensiyasını plastik kartla alanların sayı artmaqdadır. Bu barədə Modern.az -a məlumat verən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev bildirib ki, cari ilin 9 ayı ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 43 min 391 nəfər artıb: “Bu ilin oktyabrında aparılan statistikaya əsasən, artıq pensiyaların 96,8 faizinin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir”.

Kəndlərdə də pensiyalarını plastik kartlarla əldə edən vətəndaşların sayı artıb. Belə ki, ilin əvvəli ilə müqayisədə kəndlərdə pensiyaları plastik kartla alanların sayı 4,8 faiz təşkil edir: “Əgər 2009-cu ilin yanvarında kənd əhalisinin 88,9 faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 93,7 faiz təşkil edir”. 

Elman Babayev onu da bildirib ki, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir: “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən, növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi