16 İyun 2020, 13:09 | Ana Səhifə - Yazılar - Cahillik bizi koronaya MƏĞLUB ETDİ
Cahillik bizi koronaya MƏĞLUB ETDİ

Fazil Mustafa,
Milli Məclisin üzvü

Artıq "edəcək" yazmıram. "Edəcəy"i onlarla həkimimizlə, siyasətçimizlə birlikdə iki aydır durmadan söyləmişəm. İndi yayı yola verə bilsək, payızın xoş olmayacaq sürprizlərini gözləməyə başlayacağıq.

Acı-acı düşünürəm ki bu millət nə siyasətdə, nə sağlıqda, nə gələcəyə münasibətdə niyə xeyrini-şərini anlamır? Ötən gün bir qızın paylaşdığı videoya baxdım. Balkondan video çəkərək küçədən keçən polislərə sataşırdı. "Bəlkə soyunum məni də gəlib evdən aparasınız" deyirdi. Bu həyasızlığın qarşısında polislər təmkinlə yollarına davam etdilər. Əsəbləri onsuz da gərgin olan, üç aydır həyati risqin altında vətəndaşımızın nazını çəkən tibb işçilərimizə və polislərimizə qarşı göstərdiyiniz bu küstahlığın bədəlini mütləq ödəyəcəksiniz, həm də bir çox hallarda canınızla. İnsan haqları küyçüləri, bu insanların haqlarına girdiyinizə görə, onlar haqlarını sizlərə çətin ki, halal etsinlər. Əslində maska taxmamağa görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da vətəndaş provakasiyası ilə qarşılaşmasın deyə artıq polis də bunu irad olaraq insanlara bildirməkdə çətinlik çəkir. Xəstəxanalardan onlarla həkim, tibb bacısı zəng edib vəziyyətin kritik olduğunu söyləyirlər.

Artıq xeyli insanın xəstəxanada yer olmadığına görə, həkim çatışmadığına görə evində müalicə aldığını bilirik. İnanmıram deyənlər inanların taleyini həll etməyə başlayıblar. Özümün onlarla tanışım orta ağır vəziyyətdə ölümlə çarpışırlar xəstəxanada. Bir gerizəkalı vəkil zəng edib deyir ki, "bu xəstəliyə inanmıram, sizlər də hər dəfə xalqı qorxudursunuz". Deyirəm ki, SPİD xəstəliyinə inanırsan? Deyir "əlbəttə". O halda haçansa SPİD tutmusan? Deyir "yox". O zaman koronavirusa inanmaq üçün hökmən gərək yoluxasan?

Bu pandemiya şəraitində, insafən Azərbaycan hökuməti çox işlər gördü və görməkdədi. Deyən gərəkdi, millət, gəlin başqa işləri qoyaq kənara, heç olmazsa bu işdə görürsənmi ki, hökumət sənin yanındadı? Niyə yerindən olmalısan ki? Qoy bu xəstəlik sovuşsun, sonra görək nə edə bilirik.

Mənə maraqlı bir səs yazısı göndəriblər. Səs uzağı 5 gün əvvəlin mesajı ola bilərdi. Adını bildirməyən bir doktor İranda, xüsusən Kürdüstanda vəziyyət barədə danışırdı. Bu səs yazısına əlavə olaraq bir mesaj da var, belə yazırdı ki həmin bu doktor ölümündən iki gün əvvəl paylaşım edib. Doktor deyirdi: “Mən özüm əvvəllər hər kəsə bu xəstəlikdən (koronavirusdan) qorxmayın demişəm, ancaq indi hər kəsə qorxun deyirəm. Çünki rastlaşdığımız hadisələr daha öncə gördüklərimizdən fərqlidir. Xəstəlik mutasiya keçirib və daha təhlükəli şəkil alıb".

Doktor bu yeni tanımladığı xəstəliyin koronavirusdan fərqlənən bir neçə xüsusiyyətini də dedi:

- Birincisi, öncədən istifadə etdiyimiz testlər təyin edə bilmir, neqativ göstərir, xəstəlik olsa da ikinci xəstəlik əvvəlkindən on qat daha yoluxucudur, yəni bildiyimiz, istifadə etdiyimiz maskalar da qoruya bilmir.
İkincisi, xəstələr qızdırma və quru öskürəklə deyil, sanki kimyəvi maddədən, məsələn,  xlordan, zəhərlənmiş kimi simotomlarla gəlirlər, az müddətdən sonra boğulurlar.

Üçüncüsü, bu xəstəlik cavanları da eyni dərəcədə çənginə alır, ölənlərin 30 faizi 1-25 yaş arası uşaq və gənclərdir.

Dördüncüsü, əgər əvvəllər koronavirus barədə, "bu xəstəlik yüngül və orta ağır keçir" deyirdiksə, indi deyirik ki, “orta ağır və ölümlə nəticələnir”.

Düşünmürəm ki, bu milləti qorxutmaq üçün bir vasitə olsun. Çünki artıq bir sıra xarici mətbuat virusun daha sürətli yayılan şəklə düşdüyündən yazır. Mən də əvvəldən şübhəli idim, böyük dövlətlər bu virus üzərindən siyasət yürüdürlərsə, canımızı asan qurtarmağımız çətin olacaq, deyirdim. Deyilənə görə, “ispan qrip”i əvvəl yayılanda zəif adamları öldürürdü, daha sonra isə immun sistemi güclü olanları öldürən bir xəstəliyə çevrilmişdi. İndi bu koronavirus da təzə yayılan bir virusdu, aradan getməyincə neçə şəklə düşə bilər. İndi təbiətdənmi gəlib, laboratoriyadanmı, məncə heç incələnməsinə gərək də qalmır. Əsas odur ki biz eynilə nağıllarda oxuduğumuz kimi, gözəgörünməz bir düşmənlə savaşırıq. Bizi necə, haradan, hansı şiddətlə vuracağını bilmirik. Bacardığımız qədər qorunsaq nə olar?

Hələ də xəstəliyin olmadığını sübut eləməyə çalışan insababənzər məxluqlar var. Guya pulla adi xəstəlikdən ölənləri “koronavirusdan öldü” deyə yazdırmaq üçün pul təklif edənlər varmış. Yalanın, fitnənin bu boydası... nə deyəsən?

Üzü payıza gələcək ikinci dalğa pis sürprizləri önümüzə çıxaracaq.

Müşahidəm onu göstərir ki, təcili görüləcək tədbirlərin başında bir neçəsi aşağıdakılar ola bilər.

Türkiyədəki kimi, avtobosda maska taxmayan, yaxud da mindikdən sonra maskasını çıxaran insanı təsbit edən kimi sürücü nəqliyyatı idarə etməkdən imtina etməlidir ki, sərnişinlər özləri bu qanuntanımazı yerə düşürsünlər.

Maskasız sərnişin daşıyan nəqliyyat şirkətinə dərhal cərimələr kəsilsin. O halda əlavə 20 qəpiyin avantajı üçün maskasız adamı avtobusa almayacaq.

İkincisi, marketlərə maskasız daxil olan hər bir şəxsə görə market sahibinin cərimələnməsini dərhal həyata keçirmək. Bu halda market sahibi on-on beş müştəri avantajına görə virusun yayılmasının qarşısını qapıda nəzarəti gücləndirməklə özü alacaq.

Üçüncüsü, tibbi maskanın satış qiymətini maya dəyərinə uyğun olmasa belə, 5 qəpiyə endirmək lazım ki, məsulyyətsiz vətəndaş üçün zərrə qaədər də bəhanə yeri saxlanılmasın.

Ayrıca vətəndaş məsuliyyəti məsələsinə gəldikdə isə buna qarışmayın, çünki xəstəlik risqinə aldırmadan rayonlara kabab çəkməyə gedən insanlara nə hüququn, nə də dilimizin leksik potensialının gücü yetməyəcək. Bunlara koronanın təsiri də olmayacaq.

Cahilliyin əlaməti nədir? Bir növ cahil deyir ki, “Allahı göstər inanım”. İkinci növ cahil də deyir ki, “bir büt kimi inandığım özü elə Allahdır”. Bunlar cahillik virusu üzündən çoxdan ayrı dünyanın sakinlərinə çevrilmişlər.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37