8 Noyabr 2020, 09:55 | Ana Səhifə - Yazılar - Qarabağ: Yeni reallıq, köhnə ritorika...
Qarabağ: Yeni reallıq, köhnə ritorika...

Qəzənfər Həmidoğlu

Cəbhədə status-kvonu darmadağın edən Azərbaycan qardaş Türkiyənin böyük siyasi-mənəvi dəstəyi ilə qısa müddətdə hərb meydanında yeni reallıq yaratdı.

Qardaş ölkənin siyasi dəstəyi, sərt mövqeyi Azərbaycanın torpaqlarını işğalcılardan azad etməsinə kənar müdaxilənin önünü kəsdi.

Azərbaycan Ordusu artıq Şuşa Qalasının divarlarına çatıb və düşməni sonadək qovacağına şübhə yoxdur. Düşmənin gücü və döyüş ruhu isə günbəgün əzilir və tükənir.

Yeni hərbi reallıq imkan verdi ki, Azərbaycan diplomatiya meydanında da üstünlük əldə etsin, bu sahədə də öz maraqlarına uyğun fərqli reallıq formalaşdırmağa başlasın.

Bakı-Ankara alyansının beynəlxalq arenada birgə və əzmli mövqe sərgiləməsi gec-tez yeni diplomatik reallığın və regionda Azərbaycanın maraqlarına uyğun geosiyasi mənzərənin təsbiti ilə yekunlaşacaq.

Hələliksə, yeni reallığı həzm edə bilməyən İrəvan və havadarları - Rusiya və Fransa başda olmaqla çeşidli Qərb ölkələrinin müqaviməti müxtəlif səviyyələrdə (düşməni silahlandırır, informasiya savaşı aparır, hədələyir, diplomatik tələlər qurur, Türkiyəyə yeni texnologiyalarla bağlı embarqo qoyulur və s.) davam edir.

Köhnə ritorikaların, nizamlama "arqumentləri"nin, ikili standartların əsiri olaraq qalırlar.

Bir yandan, Azərbaycana əngəl olmaq üçün yolllar axtarılır, İrəvanın xilası üçün baş sındırılır və həyasızcasına Bakının savaşı dondurmasını istəyirlər. Digər yandan, Türkiyənin guya ki, Qarabağda "vuruşması", regiona "suriyalı cihadçılar" gətirməsi, Bakını "savaşa qızışdırması" və "tam nəzarəti altında saxlalaması"na dair iftiralar atırlar. Və səs-səsə verib bağırırlar ki, "neoosmançı", "pantürkçü" və "panislamist" "Sultan Ərdoğan" durdurulmasa, Avropanı yıxacaq, Rusiyanı dağıdacaq.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin mahiyyət və vacibliyini anlamır və ya anlamaq istəmirlər (bunlar içimizdə də az deyil). Azərbaycanın Vətən Savaşı aparmasından xoşlanmayan Moskva təbliğatçıları boğazlarını yırtırlar ki, Türkiyə Rusiyanı " arxa bağçası"ndan - Cənubi Qafqazdan sıxısdırır, İkinci Qarabağ savaşı "Türk təxribatı", proksi-savaşdır.

Qərb isə Türkiyənin Yaxın Şərq, Liviya və Şərqi Aralıq dənizində fəal iştirakını həzm edə bilmir. Görürlər ki, Türkiyə 5-10 il əvvəlki Türkiyə deyil, amma anlamaqda çətinlik çəkirlər. NATO-nun ən güclü ikinci ordusuna sahib olan Ankara artıq "Avropa kompleksi"ndən qurtulub və yumruğunu cibində gizləmir.

Putin şübhəsiz ki, praqmatikdir: Kreml sahibinin indiyədək müşahidəçi kimi qalması bir yandan, Paşinyanı cəzalandırmaq istəyi ilə bağlıdırsa, digər yandan, MDB məkanında və Qərblə münasisibətlərdə gərginliyin yaşandığı bir vaxtda əlavə gərginlik istəməməsi, Suriya və Liviyadan sonra Türkiyə ilə yeni qarşıdurmadan qaçması ilə bağlıdır. Lakin Rusiya Ermənistanın arxasından tam çəkilməyib, onu qanuni və ya qanunsuz yollarla silah dəstəyi verməkdə davam edir.

Savaşın ilk günlərindən vasitəçi yox, tərəf olduğunu gizlətməyən Fransa lideri isə sakitləşmək bilmir. Makron bu günlərdə Kanadanın baş naziri Trüdo ilə telefon söhbətində Dağlıq Qarabağı unutmayıb, problemin yeganə həll yolunun diplomatik nizamlama olduğunu bildirib. "Vasitəçilər" dirəniblər, hələ də heç biri işğalçını işğal etdiyi torpaqları boşaltmağa çağırmır.

Gerçəkdən əcaib praktikadır: Qarabağda yeni reallıq yaranıb, ətrafında isə köhnə ritorikadan əl çəkilmir. Baydenin ABŞ-ın 46-cı prezidenti seçilməsi həmin ətrafı bir qədər də ruhlandıracaq.

Amma sentyabrın 27-də ənənəvi hərbi-siyasi paradiqma iflasa uğrayıb, Bakı 43 gündür öz göbəyini özü kəsir.

Və işğalçının torpaqlarımızdan tam qovulması, Ali Baş Komandanın Böyük Zəfəri elan etməsi ilə düşmən və himayəçiləri reallığa enməyə məcbur olacaqlar.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?