22 Noyabr 2020, 18:50 | Ana Səhifə - Yazılar - Qələbədən sonra savaş...
Qələbədən sonra savaş...

Qəzənfər Həmidoğlu

Azərbaycan Vətən müharibəsində 44 günə 26 illik status-kvodan yaxa qurtardı və dünyanı yaratdığı yeni hərbi-siyasi paradiqmanın şahidi etdi.

Bəlli oldu ki, Azərbaycan sonadək gedəcək və işğalçıları torpaqlarından tam qovacaq. Amma noyabrın 9-da ənənəvi rus əngəlinə ilişdik və umduğumuz deyil, mümkün, amma müvəqqəti dözüləsi status-kvo ilə barışmalı olduq. Bu yeni reallıq nə qədər davam edəcək?

Əvvəla, meqalomaniyanı bir kənara buraxaq, praqmatik olaq: gedə bildiyimiz yerə qədər getdik və daha irəli getməyin Azərbaycana nə vəd etdiyi qaranlıq idi. Gücümüz yetsəydi, üçtərəfli sənədə imza atmaz, Xankəndidə oturardıq.

Əvəzində şəhid vermədən siyasi yolla bir rayonumuza qovuşduq, dekabrın 1-də daha ikisinə qovuşacağlq. Həmçinin Qərbin etnik təmizləmə iddiaları dəf edildi.

Azərbaycan son hədəfə yetişməsə də, 30 illik bir dövrü qapatdı və gerçəkdən epoxal Qələbə qazandı.

Rusiya bu Qələbəni yarımçıq etdi və ya oğurladımı? Belə deyək, Moskva tam Zəfərimizə çomaq soxdu. Bunda Azərbaycanın hərbi-siyasi rəhbərliyini günahlandırmaq ədalətsizlikdir. Məgər biz Birinci Cumhuriyyətin süqutunda Azərbaycan dövlətini yoxdan var edənləri suçlamağı ağlımızın ucundan keçiririkmi?

Rusiyanın de-yure Qarabağa qayıtmasına gəlincə, de-fakto Moskva heç hara getməmişdi, ermənilərin arxasından Azərbaycana qarşı Qarabağda hibrid savaş aparırdı. 30 il ərzində demədikmi ki, Qarabağın açarı Kremldədir.

İşğal altındakı torpaqlarının 90 faizini əvvəlcə (44 günə) hərbi yolla, sonra (20 günə) siyasi yolla qaytarmağa başlayan Azərbaycanı Qələbədən sonra masada, informasiya cəbhəsində qızğın mücadilə, savaş gözləyir. Bu mücadilədən qalib ayrılmaq üçün yenə və daha güclü birlik və həmrəyliyə ehtiyacımız var.

Yeni reallığın bir yığın risk və təhdidləri var: 200 ildə iki dəfə Rusiyanın işğalına məruz qalmışıq, rus "sülhməramlıları" girdikləri yerdə pərçim olub qalırlar. Putin Rusiyası postsovet məkanı dövlətlərinin suverenliyinə real təhdiddir. Moskvanın nüfuz dairəsi saydığı yerləri təsirində saxlamaq üçün pulu, ideyası, texnologiyası yoxdur, yalnız zor metodu var - qoşun yeritmək.

Rusiyanı çöldən, hərb gücünə yıxmaq mümkün deyil, odur ki, Qərb onu içdən eşmək istəyir.

Belə qənaət var ki, Rusiya enişdədir, Bayden Ağ Evdə oturduqdan sonra Putinin qol-qanadını budayacaq. Amma Rusiya nə zaman dibə vuracaq? Yaxın və ortamüddətli perspektiv üçün bu sualın cavabı yoxdur.

Digər yandan, Qərbin indiki mövqeyini də Azərbaycan üçün təhdid saymaq olar. Onlar Rusiyaya qarşıdırlar, amma bizim yanımızda deyillər. Həm də o səbəbdən ki, Qərb Rusiyaya qarşı Gürcüstan və Ermənistanı platsdarm kimi görür.

Bundan başqa, Rusiyanın əlimizdən aldığı Ermənistan nəfəs dərmək, şokdan çıxmaq üçün vaxt qazandı.

Düzdür, erməni diasporu artıq parçalanıb. Dünya ermənilərini uydurma soyqırımı iddiası birləşdirir və güclü edirdi. Lakin Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyadakı erməni diasporu ABŞ və Fransadakı erməni lobbisi ilə yola getmir.

İndiki hərbi-siyasi konyukturada Rusiyaya sərt qarşı çıxmaq effekt verməyəcək. Yeni reallıq yeni strategiya və taktiki gedişlər tələb edir. Regionda Türkiyənin ciddi geosiyasi faktor olması üçün əlimizdən gələni etməli, Rusiya ilə balans yaratmaq üçün Qərbin rolu və sülhməramlı kontingentin beynəlmiləlləşdirilməsinin effektivliyi ciddi təhlil edilməlidir.

Masada oyun fərqlidir. 28 illik Qarabağ danışıqlarından aldığımız dərslərdən biri manevr etmək və ikili oynamaqdır. Hər situasiya reallığı, hər söz də gerçəyi əks etdirmir. Azərbaycan rəhbərliyinin deyə bilmədiyini cəmiyyət, siyasi partiyalar və KİV ifadə edə bilər. Öyrənmək lazımdır: Şoyqu və Lavrov Bakıda başqa söz deyir, Putinin TV-ləri isə ünvanımıza döşəməkdə davam edir. Və ya Fransa Minsk qrupunda həmsədrlik edir, Parisdəki Karapet (Makron) Paşinyanı əldən qoymur və Fransa Senatı qondarma rejimi tanımaq istəyir. Həmçinin, informasiya savaşında ermənilər obyektiv səbəblərdən öndədirlər.

30 il səbr etmişik, 5 il də dözərik. Üstəlik, işğaldakı torpaqlarımızın böyük qismini yurisdiksiyamıza qaytarmışıq, indi güvən və ruh yüksəkliyi bizim tərəfdədir, daha ummayacaq, tələb edəcəyik, təzyiqlərə rəğmən Rusiya qüvvələrinin çıxmasını tələb etmək hüququmuz var, status məsələsi Domokl qılıncı kimi əvvəlki tək başımızın üstündə sallanmır. Türkiyə ilə birgə oynaya, Rusiyanı masada birgə sıxışdıra bilərik. Bizim daha güclü olmaq üçün resurslarımız yetərincədir.

Və ağlımızın bir tərəfinə yazmalıyıq: Tam Zəfər siyasi yolla alınmırsa, III Qarabağ savaşı ilə mütləq alınar...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Suriyadan İsrailə atılan raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09