29 Noyabr 2020, 09:56 | Ana Səhifə - Yazılar - Ayı ilə rəqs...
Ayı ilə rəqs...

Qəzənfər Həmidoğlu

Azərbaycanın İkinci Qarabağ savaşındakı Qələbəsi, Rusiyanın silahlandırdığı erməni ordusunu darmadağın etməsi Moskvanın münaqişə ocaqları yaratdığı postsovet məkanı ölkələri üçün nümunə ola bilər.


Gürcüstan, Moldova və Ukraynada, hətta Rusiyada belə gümanlar, bu ehtimalı istisna etməyən təhlilçilər var.


Həmçinin belə ümidlər var ki, Co Bayden gələn il yanvarın 20-də Ağ evdə oturan kimi Putini küncə sıxışdıracaq və çırpmağa başlayacaq. Rusiya kəlləmayallaq olacaq və bu fonda Tiflis, Kiyev və Kişinyovun əlinə Abxaziya, Cənubi Osetiya, Donbas və Dnestryanı problemlərinə çarə tapmaq fürsəti düşəcək.


GUAM üzrə Azərbaycanın müttəfiqləri olan bu ölkələrdəki ictimai-siyasi situasiyanın təhlili optimizmə qapılmağa imkan vermir. Nə vaxtsa rus əsgərlərinin hamısı Rusiyadakı kazarmalarına qayıtmağa məcbur olacaqlar. Hələliksə şərtlər Kremlin əleyhinə işləmir.


İstənilən müharibə yalnız ordu və onu ayaqda tutan iqtisadi gücün deyil, bütünlükdə cəmiyyətin səfərbərvərliyini tələb edir. Təəssüf ki, Ukrayna, Gürcüstan və Moldova cəmiyyətləri bu baxımdan hərbə hazır deyil. Bunu müxtəlif faktorlarla da izah etmək olar: daxili siyasi qeyri-sabitlik, siyasi qüvvələr arasındakı sərt konfrontasiya, düşmənin birbaşa Rusiya olması və s.


Bəzi ekspertlər Moldovaya daha ümidlə baxırlar. Moldova tezəliklə özünə qərbmeylli, ilk xanım prezident seçib. Bir çoxları əmindir ki, 48 yaşlı Maya Sandu 30 illik Dnestryanı probleminə açar tapacaq. Azərbaycanla Moldova arasında müəyyən paralellər də aparılır: bizə Türkiyə mənəvi-siyasi dəstək verirdisə, moldavlara NATO üzvü Rumıniya yardım edəcək. Onlar da bir millət-iki dövlətdirlər - əslində, moldavlar Bessarabiya rumınlarıdır. Həmçinin rusların Dnestryanıya birbaşa çıxışı yoxdur.


Amma Moldova parlament respublikasıdır, daha geniş səlahiyyətlərə prezident deyil, baş nazir sahibdir. Xanım
Sandunun özü də deyir ki, rus qüvvələrini Moldovadan dinc yolla çıxaracaq.


Digər yandan, 3,8 milyonluq Moldovada cəmiyyət hərbi və iqtisadi baxımdan 500 minlik Dnestryanıdakı rus gücləri ilə savaşa girməyə hazır deyil...


Cəmiyyət hazır deyilsə, əsgər döyüşkən yox, fərari olur. Amma işdi-şayət, ukraynalılar, gürcülər və moldavlar rusları qovarlarsa, nə gözəl! Allah qüvvət versin, biz də burdan bir təpik vurarıq!

***


Qayıdaq noyabrın 9-na, indi nədən yazırsan yaz, gəlib çıxırsan üçtərəfli bəyanata. Sənədə münasibətdə cəbhələşən qüvvələrin çəkişmə və polemikaları nədən isteriyaya döndü, anlamaq mümkün deyil.


Azərbaycanda rusbaşlı az deyil, amma bütünlükdə cəmiyyət rusofobdur. Rusiyanın 200 ildə iki dəfə işğal etdiyi, XIX əsr boyunca belini qırdığı, XX əsrdə kimliyini və əlifbasını dəyişdirdiyi, 20 Yanvarda başına müsübət gətirdiyi, Xocalıda soyqırımına şam tutduğu və TV-lərində gecə-gündüz söydüyü millət rusofil ola bilməz.


Azərbaycan cəmiyyəti narahatdır, Rusiyanın Qarabağdakı missiyasının sülhməramlı olacağına şübhə edir. Amma Azərbaycan hakimiyyətini "rusları qaytarmaq üçün" bəyanata imza atdığını iddia etmək ən azı ədalətsizlikdir. Belədirsə, ruslar nədən Qəbələdən qovuldu, RLS bağlandı?


Sanki rusların qayıtmağındansa, 7 rayon və Şuşa azad edilməsəydi, daha yaxşı idi?! Amma milli məsələdə belə nala-mıxa vurulmaz! Ən absurdu isə belə iddiadır ki, Şuşanın azad edilməsindən sonra Xankəndi yolunda hakimiyyətin başqa variantları da olubmuş. Yalnız iki variant olub: biri bildiyimiz, digəri isə Rusiya ilə döyüşmək! Türkiyəni də savaşa soxmaq! Sonra?!.


Hər şey ölçülüb-biçilib, ən optimal yol seçilib.


Unutmayaq, 44 gün ərzində bizi Suriyadan "islamçı terrorçu" gətirməkdə suçladılat və az qala terrorçu dövlət elan etməyə hazırlaşırdılar. Rusiya Paris və Vaşinqtonu buna inandırmışdı. Makron bu məsələdə özünü biabır etdi. Pompeo isə Pentaqonda faktlar olduğunu iddia etmişdi. Pentaqon sonradan təkzib etdi, amma dövlət katibi heç üzr istəmədi. Bu günlərdə həmin "qığı" Fransa Senatı ağzına alıb çeynədi.


Və yaxud Rusiyanın üzdəniraq mədəniyyət xadimləri belə təsəvvür yaradırlar ki, guya Azərbaycan barbar ölkədir, İŞİD qədim Palmira şəhərini yerləbir etdiyi kimi, biz də Qarabağda xristian abidələrini dağıdacağıq, odur ki, məbədləri UNESCO nəzarətinə almalıdır.


Şuşada kilsənin günbəzinin dəlinməsini az qala gözümüzə soxan məscidlərimizdə donuz saxlanılmasına göz yumurlar. Qarabağda cihadçı vuruşmadığını gözəl bilirlər, amma təhlükəli niyyətlərinə feyk zəmin hazırlayırlar.


Mümkün "etnik təmizləmə" təhdidləri ilə bağlı belə kontrarqument irəli sürülür ki, Xankəndidə elə bir erməni əhalisi qalmadığı üçün bu, mümkün deyilmiş. Elə "mümkün" edirlər!


105 ildir Türkiyəni uydurma erməni soyqırımı ilə bezdiriblər. "Geniş tirajlanan uydurma 1915-ci il hadisələrindən müasir Türkiyəyə qarşı siyasi təzyiq rıcağı kimi istifadə edilir".


Bunu türk yox, amerikalı alim yazır. ABŞ-ın Luisvill Universitetinin professoru Castin Makkarti erməni iddialarını uzun illər əvvəl - 1995-ci ildə dərc etdirdiyi məşhur "Ölüm və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi, 1821-1922-ci illər" kitabında puça çıxarıb.


Tarixçi professor vurğulayır ki, Birinci Dünya savaşında Şərqi Anadolu, Kilikiya və Cənubi Qafqazda öldürülən türklərin sayl 3 milyon nəfəri aşır, erməni ölümü isə 600 mini keçməyib:


"Döyüşlərdə bir tərəfdə ermənilərlə ruslar, digər tərəfdə yerli xalq dəstələri və Osmanlı dövləti ordusu iştirak edirdi. Hər iki tərəfdən 40 faizə yaxın itki olub".


Problemsə bundadır ki, yalnız bir tərəfin - "ermənilərin itkiləri qeydə alınaraq genosid kimi təqdim edilib".

Amerikalı tarixçi hadisələrə birtərəfli yanaşmamağa çağırır, amma Qərbdə və Rusiyada eşidən varmı?!


***

Azərbaycan Qarabağda yeni status-kvonu formalaşdıran siyasi qərarını Türkiyə ilə birlikdə alıb. Yəni, bu iş Ankarasız olmayıb. Və münaqişə artıq Qarabağı, hətta regionu da aşır.


Noyabrın 9-da arxa planda nələrin müzakirə edilməsindən, hansı təhdidlərin olmasından xəbərdar deyilik. Amma təhlillə bəzi qənaətlərə gəlmək olar.


Noyabrın 10-dan Bakı ilə Ankaranın rus ayısı ilə rəqsi başlayıb. Hərbi anlamda, yalnız Rusiya deyil, 102 ildən sonra Türkiyə də qayıdıb.


Ankara addım-addım uzunmüddətli planla irəliləyir. Rusiyanın niyyəti sirr deyil, amma planı risklidir.


Bəyanatın 4-cü bəndindəki "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir" şərti daha çox Rusiyanın yenidən Ermənistana tam sahiblənməsi üçün lazımdır. İlk baxışda belə görünə bilər ki, Rusiyanın araya girib ipdən aldığı ermənilər ruslara şükür edəcəklər. Amma İrəvanda əmindirlər ki, ruslar onları satıb. Digər yandan, Qarabağ məsələsi uydurma soyqırımın birləşdirdiyi erməni diasporunu parçalayıb. Moskvanın Rusiya ermənilərini alətə çevirməsindən ABŞ-ın erməni lobbisi narazıdır. İrəvan Amerikadakı erməni diasporunun təsiri altındadır (pul onlardan gəlir) və səbirsizliklə Baydeni gözləyirlər. Bu anlamda Putinin işi asan deyil, heç hara getməyən Paşinyanla dil tapmalıdır. İstisna deyil ki, Paşinyanın yerinə gələn də qərbmeylli siyasətçi olsun. Rusiya TV-lərinin qopardığı şivən də rus faktorunun Cənubi Qafqazda fiaskoya uğrayacağı ilə bağlı Kremldəki narahatlığın əks-sədasıdır. .


Gec-tez yeni status-kvo üzrə danışıqlara ATƏT-in Minsk qrupunun digər həmsədrləri öz arşınları ilə qoşulacaqlar. Fransanın vasitəçiliyə mənəvi haqqı qalmasa da, heç hara gorbagor olmayıb. Türkiyə də masada olacaq, Fransa Senatının qətnaməsini çırpar belə vasitəçiliyin təpəsinə.


Bişkek protokolunun imzalanmasından keçən 26 il ərzində Azərbaycan masada prinsipial mövqeyindən dönmədi, indi əli daha güclü, manevr imkanları daha genişdir.


Rusiya və digər həmsədrlər oynayırsa, biz də oynamalıyıq. Cənubi Qafqazda fərqli maraqlar toqquşduğu üçün bu geosiyasi oyun çoxgedişlidir. Gedişlərdəki detallarda ilişsək (Kəlbəcər niyə gec boşaldıldı, kilsə niyə belə oldu, Bakı nədən susdu və s.), oyunu qaçırarıq.


Əsas strateji hədəfdir, taktika nə qədər rəngarəng olsa da, bir prinsiplə işləyir: qaz gələn yerdən toyuq əsirgəməzlər.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ermənistan və onu müdafiə edənlərə 4 SUAL 18 May 2021, 12:24 “8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – “Bakı Metropoliteni”ndən AÇIQLAMA 18 May 2021, 12:18 Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa MƏCBUR ETDİ 18 May 2021, 12:12 Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI 18 May 2021, 12:06 İcra başçısı həlli vacib olan məsələləri sakinlərlə müzakirə etdi 18 May 2021, 12:00 Gömrük Akademiyasında təlimlər keçirlər 18 May 2021, 11:55 Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36