Modern.az

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçdi

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçdi

Aktual

Bu gün, 16:37

Dövlət İmtahan Mərkəzi müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirib.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 15:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 220 nəfərdən 18 nəfər imtahana gəlməyib. İmtahanda 30 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?