Modern.az

Səfirimiz etimadnaməsini İtaliya Prezidentinə təqdim etdi

Səfirimiz etimadnaməsini İtaliya Prezidentinə təqdim etdi

Aktual

29 Sentyabr 2026, 17:07

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sentyabrın 28-də Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmək şərəfinə nail olub və rəsmən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsinin icrasına başlayıb", - məlumatda qeyd olunub.

Mərasim Romadakı Kvirinal sarayında keçirilib. Etimadnamənin təqdim olunmasından sonra ikitərəfli görüş baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır