7 Yanvar 2021, 16:06 | Ana Səhifə - Yazılar - Telekanal rəhbərləri, şəhidin ailə üzvlərini ağlatmayın!
Telekanal rəhbərləri, şəhidin ailə üzvlərini ağlatmayın!

Elçin Alıoğlu

Əsgəri əsgər edən çox məqam var və onlardan biri də musiqidir, mahnıdır.

Bunu ta əksi dönəmlərdə anlayıblar. Şumerdə, Babilistanda ordular döyüşə musiqi ilə gedərdilər.

Osmanlı Türkiyəsində əsgərə ruh verən "Ceddin deden" idi. "Mehteran" adlanan hərbi musiqiçilərin ifasında möhtəşəm səslənən bu yeniçəri marşını eşidəndə düşmənlər belə, ruş düşkünlüyünə qapılırdılar.

Hətta Balkan savaşlarından birində "Əvvəlcə o dəstəni öldürün!" əmrini vermişdi düşmən sərkərdəsi.

İkinci Düyna Savaşının musiqisi isə "Vstavay, strana oqromnaya" oldu. Bu mahnını eşidəndə sovet insanının yumruğu sıxılır, qəlbi intiqam, savaş hissi ilə döyünürdü.

Bəs bizdə, varmı belə mahnılar?

Savaşla bağlı mahnılarımız iki tipdədir: ya "pianissimo" üzəridə köklənmiş kədərli, qəmli izhar, ya da "fortissimo" üzərindəki "vurçatlasın".

Ortada qalan, barraj vuran isə marşlardır.

Belə kədərlə, bravurluqla, marşla əsgəri döyüşə sövq etmək olmaz, mümkün deyil.

Telekanallarda şəhid ailələrindən reportajlara baxıram.

Və telekanal rəhbərlərinə deyirəm: o ailələrə əməkdaşlarınızı göndərib şəhidin ailə üzvlərini ağlatmayın.

Tam əksinə, reportaja baxanlar qürurlanmalı, şəhidlə fəxr etməlidir.

Zatən şəhidlər sonsuz qürur və fəxarət mənbəyimizdir.

Bəstəkarlarımız, şairlərimiz, telekanallarda çalışanlarımız bu işə mümkün qədər ciddi yanaşmalıdır.

Silahlı qüvvələrimiz nə İran ordusudur, nə də ərəb qoşunu: ağlaşma, sıtqama, "mən şəhid oldum", "ölməyə hazırıq" və s. tipli matəm aşılayan kəlmələri unudur.

Əsgər savaşa ölməyə yox, düşməni öldürməyə gedir. Bu qədər bəsit.

Ölmək asandı - Vətən üçün yaşamaq, vuruşmaq, düşməni cəhənnəmə vasil eləmək çətindir.

Xanəndələri və müğənniləri yığıb Şuşaya aparmaq, sonra da videolar paylaşıb "Şuşada möhtəşəm ifa!" deyib ekstaza gəlmək də vətənpərvərlik deyil.

Bu, Vətənə manıs gözü ilə baxmaqdır, əzizlər.

Orduda ideoloji iş plakatları nümayiş etdirmək, pafosla danışmaq, şəhidlər barədə gurultulu çıxışlar etmək deyil.

Ordunu sevmək iki gözünü itirmiş qazi rayon icra hakimiyyətinin başçısının qəbuluna gedəndə, saatlarla qəbul otağında gözlədilməsi deyil ( Həmin ikiayaqlı məxluqat başçının adını iyrəndiyimdən yazmıram).

Silahlı Qüvvələrə dəstək vermək qazini verilişə çağırıb "Ay can, can, necə oldu yaralandın?" kimi sərsəm suallar vermək deyil.

Vaxtımız olanda "Ceddin deden"ə və "Vstavay, strana oqromnaya"ya bir daha qulaq asaq.

Anlayaq.

Çünki savaşlar var öndə.

Savaşmayan millət savaşlarda məhv olur.

Damarlarımızda cahangir babalaramızın qanı axır.

Unutmayaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57 “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp 12 Aprel 2021, 00:40 Hökumət başçısı 14 nazirlə Türkiyəyə gedir 12 Aprel 2021, 00:23 Əməkdar artist qardaşını və bacısını koronavirusdan itirdi 12 Aprel 2021, 00:07 Bakıda gənc oğlanı maşın vurdu 11 Aprel 2021, 23:55 Ruslar Ordumuzun altı karvanını MÜŞAYİƏT ETDİ 11 Aprel 2021, 23:41 Qırğızıstanda referendum baş tutdu - deputatların sayı azaldılır 11 Aprel 2021, 23:29 Türkiyədə koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 23:15 Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI 11 Aprel 2021, 23:02 Mingəçevir və Qazaxda bıçaqlanma 11 Aprel 2021, 22:59 General Muradov Qarabağda nə ilə məşğuldur? 11 Aprel 2021, 22:53 Yol qəzasında gənc qadının boynu sındı 11 Aprel 2021, 22:44 Komitə sədri "Ana harayı" abidəsinin müəllifi ilə görüşdü - FOTO 11 Aprel 2021, 22:35 Türkiyədə zəlzələ oldu 11 Aprel 2021, 22:22 "Mançester Yunayted" səfərdə "Tottenhem"ə qalib gəldi 11 Aprel 2021, 22:13 Ağstafada iki maşın toqquşdu - FOTO 11 Aprel 2021, 21:59 Kuman “El-Klassiko”dakı məğlubiyyətə görə hakimləri ittiham etdi  11 Aprel 2021, 21:46 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi 11 Aprel 2021, 21:31 Pakistan ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir 11 Aprel 2021, 21:20 Ermənistanda Rusiya generalının qızının meyiti aşkarlandı 11 Aprel 2021, 21:05