9 mart 2021, 17:57 | Ana Səhifə - Yazılar - 17 ilin doğrulan vədləri
17 ilin doğrulan vədləri

Elman Babayev

Ölkədə aparılan genişmiqyaslı islahatlar Azərbaycanın mövqeyini daha da gücləndirəcək

İlham Əliyevin Prezident seçilməsindən ötən 17 il ərzində Azərbaycan dövlətinin qarşısında duran vəzifələr təmin olunubmu? Verilən vədlər gerçəkləşibmi?

Bu qəbildən olan suallara cavab hər hansı vətəndaşın tutduğu siyasi mövqedən asılı olaraq müxtəlif ola bilər. Amma dəyişməyən və xalqın mütləq əksəriyyətinin rəyini əks etdirən bir reallıq var: mövcud iqtidarın verdiyi vədlərə sadiq olduğunu dövlət başçısının bəyan etdiyi proqramların ardıcıllıqla icrası birmənalı şəkildə isbat edir.

Bu vədlərdən daha çox həlli mümkünsüz görünəni Qarabağ probleminin çözümü idi. Torpaqlarımızın işğaldan azad olunmasını birinci dərəcəli vəzifə kimi müəyyən edən Prezident İlham Əliyev bu vədinə də sadiq qaldı və məhz Onun rəhbərliyi, qətiyyəti sayəsində 30 ilə yaxındır davam edən işğala son qoyuldu. Dövlət başçısının da bəyan etdiyi kimi, əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Danılmaz faktdır ki, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmayıb. Tarixi ədaləti bərpa edən, işğalçıları əzəli torpaqlarımızdan qovan Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
İlham Əliyevin Prezident kimi verdiyi digər vədlər də həyata vəsiqə qazanıb. Daha da müasirləşən, güclənən, dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə gedən Azərbaycanın bütün uğurlarında İlham Əliyevin imzası var. Bu gün Azərbaycan investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan ölkədən, müxtəlif növlü mal ixracatçısına çevrilib, ölkəmiz qısa müddətdə qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatıb. İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulub və buna nail olunub. Azərbaycan istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil və iqtisadi sahədə ən qabaqcıl yerlərdə mövqeya malikdir. Həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilən ölkəmiz beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan dövlətə çevrilib.

Xalqın etimadına söykənən mövcud hakimiyyətin hədəfində hazırda Azərbaycan daha da inkişaf etdirmək dayanıb, hansısa arxayınlaşma mövcud deyil. Ölkədə bütün sahələrdə islahatları davam etdirən İlham Əliyev iqtidarı hazırda təkcə faşist mahiyyətli düşmənin viran qoyduğu Qarabağda quruculuq işləri aparmır. İqtisadiyyatı gücləndirmək, müharibənin və pandemiyanın vurduğu yaraları sarmaq, bütün sosial məsələlərin həllinə nail olmaq, şəffaflığı tam təmin etmək, əsas diqqəti vətəndaşların güzəranının yaxşılaşmasına yönəltmək başlıca məqsədlər sırasındadır.
Prezident İlham Əliyevin müharibədən sonrakı çıxışlarına, həyata keçirdiyi tədbirlərə diqqət etsək, Onun həllini gözləyən problemləri tezliklə cözmək əzmində olduğunu görərik. Dövlət başçısının siyasi iradəsi Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsinin öz hədəflərinə çatana qədər irəliləcəyinə tam əminlik yaradır.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Prezident İlham Əliyev həm partiyanın gələcək fəaliyyət istiqamətlərini, həm də yaxın gələcək üçün hakimiyyətin planlarını cəmiyyətə açıqladı.

- Qarabağın bərpası ilə bağlı məsələlər təxirə salınmadan icra olunacaq;

- Uzunmüddətli dayanıqlı inkişaf təmin ediləcək, ölkənin qüdrəti, təsir imkanları artacaq və daim Azərbaycan xalqının təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşaması təmin olunacaq;

- Uğurlu xarici siyasət kursu dəyişməz olaraq qalacaq və daha da inkişaf etdiriləcək;

- Yeni dövrə qədəm qoyan Azərbaycan bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətə uyğun çevik siyasət yürüdəcək;

- İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerlər aradan qaldıralacaq, daha modern, daha üstün ordu quruculuğu davam edəcək;

- Genişmiqyaslı islahatlar gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə bir daha öz əksini tapacaq;

- Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiə tədbirləri daha geniş müstəvidə icra olunacaq;

- Siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizə davam etdiriləcək;

- Uğurlu enerji, nəqliyyat siyasətinin yaratdığı yeni əməkdaşlıq formatları inkişaf etdiriləcək. Xüsusilə, Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yaratdığı yeni reallıqlar, yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olacaq;

- Yeni dövrdə siyasi dialoq daha da dərinləşdiriləcək, hakim partiyanın bütün digər siyasi qurumlarla əməkdaşlığı davam edəcək;

- YAP daha fəal olmaq, qarşıda duran vəzifələri daha fəal icra etmək üçün işlərə start verəcək;

- Bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə tətbiq ediləcək;

- YAP-ın bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olması üçün tədbirlər icra olunacaq;

- YAP-ın yeni proqramı hazırlancaq və bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edəcək;

- YAP üzvlərinin şəhid ailələrinə qayğı, diqqəti istiqamətində işlər daha da gücləndiriləcək;

- Fəaliyyətinin tənzimlənməsinin yeni, çevik mexanizmini ehtiva edən yeni Nizamnaməyə malik YAP yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək.

Beləliklə, Prezident İlham Əliyev islahatları sürətlə həyata keçirmək üçün YAP-ı yenilədi və hakim partiyanın proseslərdə daha aktiv iştirakı üçün addımlar atdı. Prezidentin əsas məqsədi və gözləntisi YAP fəallarının, veteranlarının daha aktiv olması, kabinetlərdən əhali arasına çıxmaq, iqtidara real dəstək verməkdir.

Görünən odur ki, islahatlar davamlı olaraq aparılacaq və Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkə mövqeyini daha da gücləndirəcək. Ən vacib olan amil isə xalqın Prezidentə olan inamı, dəstəyidir. Bu dəstək gələcəyə hesablanan proqramların da vaxtında icra oluncağını qaçılmaz edir.

May be an image of 1 nəfər
 
 
 
5Samir Mustafayev və başqa 4 nəfər
 
1 Paylaşım
 
Bəyən
 
 
 
Rəy
 
 
Paylaş
 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40