18 mart 2021, 21:34 | Ana Səhifə - Yazılar - Birlik ovqatını gücləndirən ƏFV
Birlik ovqatını gücləndirən ƏFV

Elman Babayev

 

44 günlük Vətən Müharibəsində siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan xalıqının tək yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşməsi dövlət-xalq birliyinin elə bir modelini ortaya qoydu ki, hamı bu mənzərənin daimi olmasının vacibliyini dönə-dönə vurğulayırdı.

 

Müharibədən sonra davam etdirilən yeni islahatlar, Qarabağda təxirəsalınmadan başladılan quruculuq işləri, müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, çözülən bir sıra problemlər siyasi islahatlarla tamamlanmaqdadır. Prezidentin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı məhz bu mənada xüsusi əhəmiyyətə malikdir.

 

Əfv edilənlər arasında bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin, həmçinin Nardaran hadisələrinə görə həbs olunanların bir qrupunun adlarının olması, xüsusilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi məhkumların cəzasının başqa cəza növü ilə əvəzlənməsi olduqca müsbət addımdır.
Ümumilkdə əfv olunanların əhatə dairəsi kifayət qədər genişdir. Statistikaya diqqət edək. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

 

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər isə cəzadan azad olunub.

 

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

 

Qeyd olunanlar əfv qərarının təkcə əhatəliliyini deyil, həm də onun siyasi əhəmiyyətini göstərir. Təbii ki, bu da öz növbəsində ölkənin ictimai-siyasi həyatında mövcud olan birlik ab-havasının daha da güclənməsinə təsirsiz ötüşməyəcək.



- 625 ailəyə bayram sevinci bəxş edən əfv qərarı ictimai-siyasi müstəvidə müşahidə olunan müsbət atmosferin qorunub saxlanmasına xidmət edəcək;

 

  • Cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaradan əfv sənədi müharibə dövrü və müharibədən sonra barış, dostluq, anlaşma ovqatına köklənən cəmiyyətdə bu xəttin inkişafına töhfə verəcək;
  • Hakimiyyətin başlatdığı yeni islahatların sözdə islahat olmadığı təsdiqlənməklə, dövlət-xalq birliyini daha da möhkəmləndirəcək.

Siyasi və ictimai yükü ağır olan bu əfv sərəncamı da daxil olmaqla, 2003-cü ildən bəri İlham Əliyev 10-larla belə sənədə imza atıb. Bununla yanaşı, çoxsaylı aministiya aktları ilə xeyli sayda insan azadlığa qovuşub.
Təbii ki, bu faktlar humanizmin, bağışlamağın Azərbaycan hakimiyyətinin ümdə dəyərlərindən olduğunu təsdiq edir və növbəti əfv sərəncamı ilk olmadığı kimi sonuncu da deyil...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı 31 İyul 2021, 23:04 Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan 31 İyul 2021, 22:55 Əli Hüseynli Bakı Bəyannaməsindən yazdı 31 İyul 2021, 22:39 “Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51