25 Aprel 2021, 16:48 | Ana Səhifə - Yazılar - "Bayden tələsi"
"Bayden tələsi"

Qəzənfər Həmidoğlu


Co Bayden bədnam mesajını qeyri-səmimi bir cümlə ilə bitirir: "Bunu kimsəni suçlamaq üçün deyil, tarixin təkrar etməyəcəyindən əmin olmaq üçün edirik".
"Soyqırım" deməsi bir yana, üstəlik, bəyanatında İstanbulu "Konstantinopol" adlandıran Ağ evin indiki sahibi mesajını sadəcə, seçki vədi naminə və "erməni soyqırımı" lafını ağzına alan ilk amerikan prezidenti olmaq "şərəfi"nə sahiblənmək üçün demədi.
Adamın 50 ilə yaxındır Türkiyəyə patoloji nifrəti var, bu zatın aprelin 24-dəki açıqlaması Türkiyəyə qarşı təzyiqlərin yeni mərhələsinin başlanğıcı və Ankaranı tələyə salmaq cəhdidir.
Bir superdövlətin liderinin müttəfiqi sayılan ölkənin ən önəmli şəhərini "Konstantinopol" adlandırması onun sadəcə dost olmadığını göstərmir - Bayden faktiki olaraq Türkiyəni təhdid edir.
1974 -cü ildən - Kipr barış hərəkatından bəri Türkiyəyə əngəl yaradan hər amerikan daşının (Konqresin qondarma soyqırımla bağlı olan və olmayan qanun layihələri, bəyannamələri, embarqoları, qadağaları və s.) altından senator Bayden çıxırdı və bu işin nöqtəsini prezident Bayden kimi qoydu.
Şübhə yoxdur ki, Baydenin mesajı əsas alınaraq Türkiyəyə qarşı siyasi və iqtisadi kampaniyalara başladılması özünü çox gözlətməyəcək. Bu fonda ermənilər və havadarları beynəlxalq səviyyədə təzminat və sığorta davaları açmaqla, başqa iddialar qaldırmaqla Türkiyəni sıxıntıya salmağa çalışacaqlar. On illərlə amerikan prezidentinin dilindən "genosid" kəlməsinin çıxmasını gözləyən yüzlərlə mərkəz, hüquq kontoru, miras qurumu var ki, leş yeyənlər dəstəsi kimi Türkiyənin üzərinə tökülüşsünlər. Düzdür, Amerika məhkəmələrində "erməni işləri" çox qaldırılmış və hüquqi perspektivinin olmadığı üzə çıxmışdı. Amma "Halk Bankası işi" praktikası göstərdi ki, Birləşmiş Ştatlarda da hüquq asanlıqla siyasətin alətinə çevrilir.
Əlbəttə, Türkiyədən "üzr istəməsi" tələb ediləcək. Hətta ABŞ-Türkiyə əlaqələrində bu, ilkin şərt kimi irəli sürülə bilər.
Türkiyə üçün daha bir tələ Ankaranın bu məsələnin "mədəni-siyasi" müzakirəsinə cəlb edilməsi ola bilər. Hədəf Türkiyənin bu işin "tərəf"i görüntüsü yaratmaqdır. "Tərəf"i "etiraf" kimi təqdim etmək isə texniki məsələdir. Başqa bir tələ iddiaların Türkiyə Cümhuriyyətinə deyil, Osmanlıya aid olması ilə bağlıdır. Sanki uşaq başı aldadırlar. Kimsə şübhə etməsin, ermənilərin qondarma "Meds Yeghern" məsələsini yerbəyer etdikdən sonra Cümhuriyyət dönəminə - qondarma "pontus yunanları genosidi"nə, "kürd məsələsi"nə keçəcəklər və başqa bəhanələr "tapacaqlar".
Kimlərsə düşünürlərsə ki, bu, Baydenin avtoritarizmlə davası, məhz Ərdoğan rejimini hədəf alması ilə bağlıdır, heç düşünməsələr yaxşıdır. Bu, birbaşa Türkiyə Cümhuriyyətini hədəf almaqdır və bu haqsız mesajda türklərə qarşı heç bir xoş niyyət yoxdur.
Əlbəttə, Türkiyə hakimiyyəti və cəmiyyəti bu çirkin iftira və mövqeyə adekvat cavab verəcək. Türkiyə son illərdə iqtisadi anlamda bir qədər zəifləsə də, iddia edildiyi kimi, Amerikadan o dərəcədə asılı deyil, əks-həmlə üçün yetərli rıçaqlara və siyasi iradəyə sahibdir. Qarşıda Türkiyəyə təzyiqlər daha da artacaq, amma bu, əks-effekt verə bilər: düşmənlərinin gözləntilərinə rəğmən, türk cəmiyyəti milli birlik-bərabərlik nümunəsi göstərəcək ki, bunun da ölkənin gərgin siyasi mühitinə pozitiv təsiri ola bilər.
P.S. ABŞ prezidentləri arasında "erməni genosidi" sözünü ilk dəfə Ronald Reyqan desə də, bu, Amerika administrasiyasının mövqeyi deyildi. 1982-ci ildə Holokostla bağlı bir tədbirdə iştirak edən ABŞ-ın 40-cı prezidentinin çıxışının mətninə bu ifadəni Reyqanın dələduz spiçrayteri (mətn yazan) - Ağ evdəki etnik erməni Ken Xaçikyan salmışdı.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı 5 Avqust 2021, 03:54 İldırım toy mərasiminin 16 iştirakçısını vuraraq öldürdü 5 Avqust 2021, 01:00 “Futbolçular daha peşəkar davranmalıdırlar” - Qurban Qurbanov 5 Avqust 2021, 00:55 FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat YAYDI 5 Avqust 2021, 00:49 Tokio-2020-də medal sıralaması 5 Avqust 2021, 00:38 Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO 5 Avqust 2021, 00:27 “Yanğınların söndürülməsinə dəstək olan ən önəmli ölkə Azərbaycandır” 5 Avqust 2021, 00:19 Azərbaycan daha 20 ölkə ilə sərhədlərini açdı 5 Avqust 2021, 00:08 Daha iki idmançımız mübarizəyə BAŞLAYIR 4 Avqust 2021, 23:59 Azərbaycan ABŞ-a qoyduğu bu qadağanı ləğv etdi 4 Avqust 2021, 23:48 Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı 4 Avqust 2021, 23:39 “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq” - Ərdoğan 4 Avqust 2021, 23:28 Türkiyədə yanğın İES ərazisinə daxil oldu - VİDEO 4 Avqust 2021, 23:19 Türkiyədə yanğınlarla mübarizə davam edir - VİDEO 4 Avqust 2021, 23:09 Türkiyədə 1 ailəni qətlə yetirən şəxs tutuldu - FOTO 4 Avqust 2021, 22:58 Canlı yayında intihara cəhd edən qazi xəstəxanaya yerləşdirildi 4 Avqust 2021, 22:48 İraqdakı ABŞ hərbçilərinə hücum edilib 4 Avqust 2021, 22:39 Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi 4 Avqust 2021, 22:28 Daşkəsən sakininə balta ilə xəsarət yetirildi 4 Avqust 2021, 22:17 Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 4 Avqust 2021, 22:08 Ukraynada azərbaycanlı gənc qətlə yetirildi 4 Avqust 2021, 21:59 Bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb 4 Avqust 2021, 21:48 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Avqust 2021, 21:39 Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır 4 Avqust 2021, 21:29 Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq 4 Avqust 2021, 21:18 Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi 4 Avqust 2021, 21:08 Şokoladın səbəb ola biləcəyi xəstəliklər 4 Avqust 2021, 20:59 Bakı əhalisi ərzağa milyardlar xərcləyir 4 Avqust 2021, 20:48 MİQ üzrə müsahibə nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə çatır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40