Modern.az

  Trampa qarşı çıxan 150 nəfər saxlanılıb

   Trampa qarşı çıxan 150 nəfər saxlanılıb

Dünya

12 Noyabr 2016, 22:48

ABŞ-da Donald Trampın prezident seçilməsinə qarşı etiraz aksiyaları davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, belə aksiyalardan biri də Los-Anceles şəhərində keçirilib. Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiyada üç minədək etirazçı iştirak edib. Şəhər administrasiyasının binasınadək yürüş keçirən etirazçılar aksiyanı meriyanın qarşısındakı parkda davam etdiriblər. Polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb .Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı