Modern.az

"Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

Dünya

25 İyul 2017, 23:16

"Türk Hava Yolları"na məxsus təyyarə Əlcəzairdə məcburi eniş edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  İstanbul-Kasablanka marşrutu üzrə uçan təyyarənin göyərtəsində bomba olması xəbərdarlığı səbəbindən eniş edib.

Məlumata görə, təyyarənin ekipajı xəbəri araşdırmaq məqsədi ilə yaxınlıqdakı hava limanına  təcili eniş etmək qərarı verib.  Sərnişinlərin hamısı təxliyə edildikdən sonra təyyarə tam yoxlanılıb.

Yoxlama zamanı təyyarənin göyərtəsində heç bir partlayıcı qurğu aşkarlanmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı