Modern.az

Avropa Birliyi Kataloniyanı İspaniyanın tərkib hissəsi sayır

Avropa Birliyi Kataloniyanı İspaniyanın tərkib hissəsi sayır

Dünya

5 Oktyabr 2017, 14:31

Avropa Birliyi Yalnız İspaniyanı Avropa Birliyinin üzvü sayır və Kataloniyanın müstəqilliyini elan edəcəyi təqdirdə onu Avropa Birliyinin üzvü tanımayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat və maliyyə üzrə avrokomissar Pyer Moskovisi deyib.

 

“Kataloniyanın müstəqilliyi siyasi fantastika olardı. Biz Kataloniyanı müstəqil ölkə kimi tanımırıq”.

 

 Avrokomissarın fikrincə, yeganə həll yolu tərəflərin dialoq vasitəsilə razılığa gəlməsindədir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır