Modern.az

İranda terror qruplaşması zərərsizləşdirilib

İranda terror qruplaşması zərərsizləşdirilib

Dünya

14 Oktyabr 2018, 21:49

İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər. Modern.az “Trend”ə istinadən xəbər verir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib.

İranın kəşfiyyat nazirliyinin məlumatına görə, terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.

 

Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...