Modern.az

Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini artırdı

Federal Ehtiyatlar Sistemi faiz dərəcəsini artırdı

Dünya

19 Dekabr 2018, 23:22

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES - Mərkəzi Bank) baza faiz dərəcəsini artırıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə FES məlumat yayıb.

 

Məlumata görə, baza faiz dərəcəsi 0,25 faiz bəndi artırılıb - 2-2,25 faizdən 2,25-2,5 faizə qədər.

 

Qeyd edək ki, 2018-ci ildə baza faiz dərəcəsi martda, iyunda və sentyabrda artırılıb. 2017-ci ildə FES baza faiz dərəcəsini 3 dəfə artırıb, 2016 və 2015-ci illərdə isə 1 dəfə.

Uçot dərəcəsi  (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsi aşağı salındıqda kommersiya banklarının Mərkəzi Bankın pullarına olan tələbi artır, onlar daha çox pul götürməyə çalışır, bunun sayəsində maliyyə imkanlarını böyüdür.

Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarında əks reaksiya müşahidə olunur: Mərkəzi Bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Uçot dərəcəsinin yüksəldilməsi digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırır. Ekspertlərin qənaətinə görə, ABŞ-ın uçot dərəcəsini qaldırması dolları bahalaşdıracaq. 

Neftin ucuzlaşmasına diqqət çəkən ekspertlər bildirirlər ki, bu məqam və ABŞ iqtisadiyyatının getdikcə güclənməsi də dolları möhkəmləndirən faktorlardır. Dolların bahalaşması isə manata mənfi təsir edəcək. Çünki manatın arxasında ucuzlaşan neft pulları dayanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı