Modern.az

İndoneziyada daha bir güclü zəlzələ

İndoneziyada daha bir güclü zəlzələ

Dünya

23 Dekabr 2018, 20:15

İndoneziyada daha bir güclü zəlzələ qeydə alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Sumatra adasında qeydə alınan yeraltı təkanlar 5.0 bal gücündə olub.

Məlumata görə, zəlzələnin episentri Padanq şəhərindən 100 km şimal-qərbdə, ocağı 100 km dərinlikdə yerləşib.

 

Qeyd edək ki, dekabrın 23-nə keçən gecə Zond boğazında baş verən sunami nəticəsində 222 ölüb, 843 nəfər isə xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!