Modern.az

170 mindən çox ev işıqsız qaldı - SƏBƏB

170 mindən çox ev işıqsız qaldı - SƏBƏB

Dünya

13 Dekabr 2019, 20:46

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib.


Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub. Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.

Sinoptiklərin proqnozlarına əsasən, kəskin hava şəraiti bu gün də davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı