Modern.az

Ərdoğan Brüsselə səfər edəcək

Ərdoğan Brüsselə səfər edəcək

Dünya

8 Mart 2020, 13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfər gedəcək.

 

Modern.az-ın yerli bürosunun məlumatına görə, səfər çərçivəsində Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşəcək.

 

Görüşdə Avropa İttifaqı ölkələri ilə vizasız gediş-gəliş, Gömrük Birliyi anlaşmasının yenilənməsi, qaçqınlar, Suriyanın şimalında təhlükəsiz şəhərin qurulması barədə mövzuların müzakirə ediləcəyi gözlənir.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi