Modern.az

İranda əyalətlərarası səfərlər bərpa olunur

İranda əyalətlərarası səfərlər bərpa olunur

Dünya

12 Aprel 2020, 13:40

İran hakimiyyəti koronavirus səbəbiylə bölgələr arasında qadağan edilmiş səfərləri bərpa etməyə hazırlaşır.

 

Modern.az İran KİV-inə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

 

Onun sözlərinə görə, aprelin 20-dən əyalətlərarası səfərlərin bərpa olunacağı planlaşdırılır. Ruhani, həmçinin deyib ki, bu bazar günündən etibarən əyalətlər daxilində şəhər və rayonlara səyahət qadağası ləğv edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!