Modern.az

Çadda həbsxanada 44 dustağın meyiti aşkarlandı

Çadda həbsxanada 44 dustağın meyiti aşkarlandı

Dünya

19 Aprel 2020, 09:22

Çadda “Boko Haram” terror qruplaşmasına üzvlükdə şübhəli bilinərək həbs edilmiş 40-dan çox məhbus həbsxana ölü aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə respublikanın baş prokuroruna istinadən “Agence France-Presse” agentliyi bildirib.

 

Məlumata görə, hadisə cümə axşamı baş verib. Belə ki, 44 dustaq öz kameralarında ölü aşkarlanıb. Qeyd edilir ki, onların hamısı Çad gölü ərazisində keçirilən əməliyyatın gedişatında saxlanılan 58 silahlının bir hissəsidir.

 

Dustaqların ölüm səbəbləri ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...