Modern.az

BƏƏ-də ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb

BƏƏ-də ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb

Dünya

19 Aprel 2020, 17:18

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən uzun əl sıxma mərasimi keçirilib. Belə ki, 1817 nəfərdən ibarət insan zənciri Əbu-Dabinin Umm Al Emarat parkında “Vahid dünya - tək mesaj” adlı tədbirdə bir-birinin əlini sıxaraq dünya rekorduna imza atıb.

 

Modern.az Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Əbu-Dabi polis departamentinin gənclər Şurası tərəfindən Roma Papası Fransisk və Böyük Əl-Əzhar İmamının görüşməsinin birinci ildönümü münasibətilə irəli sürülüb. Həmin görüşdə insanların qardaşlığı haqqında sənəd imzalanmışdı. Mərasimdə BƏƏ-nin analıq məsələləri üzrə Ali şurasının sədri Fatima bint Mübarək və Tolerantlıq naziri Nəhyan bin Mübarək Əl Nəhyan iştirak ediblər.

 

Mərasimin sonunda Ginnesin Rekordlar Kitabının sertifikatı BƏƏ-nin yüksək vəzifəli şəxslərinə təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada