Modern.az

ABŞ-ın daha bir hərbi gəmisində 18 nəfər virusa yoluxdu

ABŞ-ın daha bir hərbi gəmisində 18 nəfər virusa yoluxdu

Dünya

25 Aprel 2020, 09:04

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus "Kidd" esminesinin ekipajının 18 üzvü koronavirusa yoluxub.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, hərbi gəmi ABŞ-ın Sakit okeanının şərqində apardığı anti-narkotik əməliyyatında iştirak edir. Esminesin göyərtəsində 330 nəfər ekipaj üzvü olub.

 

Gəminin limana dönməsi gözlənilir. Koronavirus infeksiyası diaqnozu qoyulan esminesin ilk hərbçisi artıq San-Antonio (Texas) şəhərinə çatdırılıb və xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!