Modern.az

Pompeonun etdiyi kobudluqdur - Zaxarova

Pompeonun etdiyi kobudluqdur - Zaxarova

Dünya

24 İyul 2020, 20:45

Moskva Pekinlə əməkdaşlığı gücləndirməkdə davam edəcək. Çünki bu, regionun sabitliyi üçün vacib faktordur.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət katibi Mayk Pompeounun sözlərini şərh edərkən deyib.

 

XİN sözçüsü Pompeo tərəfindən Pekinin ünvanına səsləndirilən fikirlərdən dolayı təəccübləndiyini bildirib:

 

“Bu, Çinin ictimai-siyasi strukturuna, hakimiyyətinə qarşı kobudluqdur”.

 

Qeyd edək ki, Pompeo Çinin SSRİ-nin yolu ilə getdiyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV