Modern.az

Türkiyədə terrorun qarşısı alındı

Türkiyədə terrorun qarşısı alındı

Dünya

15 Avqust 2020, 23:48

Türkiyənin Adana vilayətində terror aktı törətməyi planlaşdırılan şəxs ələ keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, terrorçunun saxlanıldığı avtomobildə 20 kilo, onun tərəfindən yol kənarında yerləşdirilmiş 17 kilo partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Saxlanılan terrorçunun PKK qruplaşmasının tapşırığı ilə Türkiyə ərazisində terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib.

Qruplaşmanın digər üzvlərinin ünvanlarında aparılan axtarış zamanı çox sayda maddi vəsait, qızıl və saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada