Modern.az

İngiltərədəki virusa görə ölkələr hərəkətə keçdi

İngiltərədəki virusa görə ölkələr hərəkətə keçdi

Dünya

20 Dekabr 2020, 19:07

Ümumdünya Səhiyyə Təşkilatı sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasına rast gəlindiyini elan edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ÜST-ün məlumatında koronavirusun mutasiyaya uğramış halının daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alındığını bildirib. Cənubi Afrika Respublikası da ölkədə virusun yeni forması ilə bağlı narahatlığını bəyan edib.

 

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da məlum deyil.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı